"Azərbaycanın Xorvatiya və İsrail arasındakı münasibətləri yüksələn xətlə inkişaf edir" - PARTİYA SƏDRİ AÇIQLADI

"Azərbaycan və Xorvatiya arasındakı münasibətlər kifayət qədər yüksək səviyyədədir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, 2013-cü ilin 11 mart tarixində Azərbaycan və Xorvatiya respublikaları arasında strateji tərəfdaşlıq və dostluq haqqında bəyannamənin imzalanmasından sonra bu münasibətlər yüksələn xətlə inkişaf edir: "Bakıda son illərdə Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. İki ölkə arasında ticarət əlaqələri sürətlə inkişaf edir. Əlbəttə, bu münasibətlərin daha da inkişaf etdirilməsində Azərbaycan çox maraqlıdır.

Azərbaycan-İsrail münasibətləri isə hər kəsi sevindirəcək səviyyədədir. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycana çox böyük kömək göstərdi. İsraildən alınmış hərbi texnika Azərbaycan Ordusunun gücünü dəfələrlə artırdı. İsrail daim Azərbaycanı dəstəkləyir. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə bizə dost olan ölkələrin şirkətləri fəaliyyət göstərir. Bunların içərisində İsrail şirkətləri də xüsusi yer tutur".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə