"Hər iki dövlətin inkişaf səviyyəsi yüksəlir” - POLİTOLOQ DANIŞDI
“Son dövrlər Azərbaycanın əsas məqsədi nəqliyyat logistika istiqamətində uğurlar əldə etməkdir. Vətən müharibəsində Azərbaycanın qələbəsi bu istiqamətdə mühüm perspektivlər formalaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, üçtərəfli birgə bəyanatın 9-cu maddəsinə görə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə təmin olunacaq: “Zəngəzur dəhlizinin çəkilməsi böyük bir coğrafiyada iqtisadi inteqrasiyanı təşkil edəcək. Bu xüsusda Azərbaycan həm də Ələt beynəlxalq terminalını inşa etmişdir. Bu infrastrukturun istifadəyə verilməsi Mərkəzi Asiya ölkələri üçün də geniş imkanlar formalaşdırır. Bu xüsusda Mərkəzi Asiyada olan türkdilli dövlətlər Azərbaycan və Türkiyə ilə iqtisadi və nəqliyyat istiqamətində əlaqələrini daha da inkişaf etdirə bilərlər. Yükdaşımalar gələcəkdə həm də enerji sahəsində nəqliyyatı da həyata keçirməyə imkan yaradacaq. Bununla bərabər türk toplumları rifah halını daha da yüksəldə bilər”.
Politoloq sözlərinə belə davam edib: “Biz həm də Azərbaycan Özbəkistan münaisbətlərinin inkişaf səviyyəsinə baxanda deyə bilərik ki, son 30 ildə bu münasibətlər getdikcə dərinləşib və keyfiyyətcə yeni bir müstəviyə qalxıb. Çünki ortaq keçmiş və soy-kök bağlılığı iqtisadi sahəyə də müsbət təsir göstərir. Eyni zamanda bir-biri ilə həmsərhəd olmayan dövlətlərin böyük bir layihə ətrafında birləşməsi, bu layihəni inkişaf etdirmək istiqamətində addımları nəqliyyat logistika zəncirində önəmli həlqəyə çevrilməsi istiqamətində hər iki dövlətin əsas hədəfidir.
Rəsmi Bakı ilə Daşkənd arasında olan münasibətlərin əsas özəyini də iqtisadi əsaslar təşkil edir. Ona görə də tarixi bağlılıq hazırki dövrdə iqtisadi inteqrasiyanı stimullaşdıran amildir. Bu baxımdan hər iki dövlətin çox yaxşı gələcəyi var və iqtisadi sahədə olan əməkdaşlıq iki xalqı daha da yaxınlaşdıran alətə çevirir. Son nəticədə hər iki dövlətin də inkişaf səviyyəsi yüksəlir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB