Şuşada IX Qlobal Bakı Forumunun panel iclası keçirilir

Xəbər verdiyimiz kimi, Azərbaycan işğaldan azad edilmiş ərazilərinə iyunun 19-da səfər edən IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gəliblər. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda təşkil olunun IX Qlobal Bakı Forumunun Şuşada panel iclası işə başlayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə keçirilən iclasda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafı istiqamətində görülən işlər, eləcə də ərazilərin minalardan təmizlənməsi məsələləri müzakirə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...