“Bu gün dövlət tərəfindən dini abidələrə xüsusi diqqət və qayğı var” - DEPUTAT ŞƏRH ETDİ

“Bu gün dövlət tərəfindən dini abidələrə xüsusi diqqət və qayğı var” - DEPUTAT ŞƏRH ETDİ

“Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva hər zaman dini və milli mənəvi dəyərlərimizə böyük diqqət və qayğı göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Şuşada və Qarabağın digər bölgələrində məscidlərimiz yüksək səviyyədə təmir olunur: “Şuşada, Hadrutda, Suqovuşanda yeni məscidlər inşa olunur. Eyni zamanda bu gün Azərbaycanın digər bölgələrində yeni məscidlər, dini ibadətgahlar inşa olunur. Şamaxı və Təzəpir məscidlərinin bərpa işlərinə böyük diqqət ayrılıb. Bu, onu deməyə əsas verir ki, bu gün dövlət tərəfindən dini və milli mənəvi dəyərlərə, abidələrə xüsusi diqqət və qayğı var”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə