Yasamalda Tibb İşçilərinin Peşə bayramına həsr olunmuş tədbir keçirilib FOTOLAR

Yasamalda Tibb İşçilərinin Peşə bayramına həsr olunmuş tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında Yasamal rayon icra hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə 17 iyun Tibb İşçilərinin Peşə bayramına həsr olunmuş tədbir keçirilib.Tədbirdə Yasamal rayon icra hakimiyyəti başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyəti, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Musa Quliyev, Ülvi Quliyev, Səbinə Xasayeva, Arzu Nağıyev, İlham Məmmədov, Müşfiq Məmmədli, Yasamal rayon hüquq mühafizə orqanlarının rəhbərləri, Yasamal rayon icra hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk öncə tədbir iştirakçıları Fəxri Xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər. Sonra Şəhidlər Xiyabanını ziyarət edən tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.YAP Yasamal rayon təşkilatında davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummili Lider Heydər Əliyevin səhiyyə əməkdaşları ilə bağlı dəyərli fikirlərinin əks olunan video çarx nümayiş olunub və Respublika Klinik Xəstəxanasının tanıtım filmi nümayiş olunub. Tanıtım filmində xəstəxananın İcbari Tibbi Sığortanın tətbiqi ilə daha da gücləndirilmiş peşəkar personalından, inzibati idarəetmədən, modern tibbi avadanıqlarla tətbiq edilən müasir müayinə-müalicə üsullarından və.s bəhs edilib.

Tədbirdə Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov, Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov, TƏBİB-in idarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Milli Məclisin deputatları Elnur Allahverdiyev, İlham Məmmədov çıxış edib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunduğu bildirilib. Çıxış edənlər səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsindən, daim diqqət mərkəzində saxlanılmasından, sürətlə müasirləşən milli səhiyyə sistemindən danışıblar. İcbari Tibbi Sığortanın tətbiqi ilə "Xidmətlər Zərfi" çərçivəsində tam ödənişsiz olan tibb xidmətlərindən əhalinin yüksək səviyyədə yararlanması haqqında fikirlər səsləndirilib. İstər Covid-19 infeksiyası zamanı, istər 44 günlük Vətən müharibəsi zamanı canları bahasına peşəkarcasına çalışan səhiyyə işçilərinin əziyyətlərinin əvəzsiz olduğu xüsusi olaraq vurğulanıb.Tədbir tibb işçilərinin təltifetmə mərasimi ilə başa çatıb.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə