“Baş verənlər Ermənistanın cəzalanması ilə nəticələnə bilər” AÇIQLAMA

“Baş verənlər Ermənistanın cəzalanması ilə nəticələnə bilər” AÇIQLAMA

“İlk növbədə, Ermənistanın hazırkı Brüssel formatını pozması birbaşa Moskvanın təlimatı əsasında həyata keçirilsə də, bu, Paşinyanın siyasi iradəsizliyinin nümayişidir”. Bunu politoloq Məhəmməd Əsədullazadə SİA-ya açıqlamasında deyib.

Məhəmməd Əsədullazadə bildirdi ki, Paşinyan Ermənistanda baş verən lokal daxili etirazlardan çəkinir: “Ermənistan Qarabağ müharibəsində uduzduqdan sonra Paşinyan seçkilərə gedərək səs qazanmışdır, xalqından mandat almışdır. Amma göründüyü kimi, Ermənistan tərəfi dövlət sərhədində təxribatlara əl atır, delimitasiya və demarkasiya danışıqlarından çəkinir, sülh prosesini sabotaj edir və danışıqlar prosesini pozan şərtlər irəli sürür. Təbii ki, bu müharibənin gündəmə gəlməsi və Cənubi Qafqazda yeni müharibənin köklənməsi deməkdir. Məhz Ermənistan tərəfinin dövlət sərhədində öz hərbçilərinin yerləşdirilməsi Azərbaycana qarşı təxribat halları həyata keçirməsi bu danışıqlardan yayınmaqdır. Əlbəttə, bu baş verənlər Ermənistanın cəzalanması və həmçinin, Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Demək olar ki, baş verənlər elə Nikol Paşinyanın öz əleyhinə işləyir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə