"Sosial müdafiə tədbirlərini iki istiqamətə ayırmaq olar" - DEPUTAT ŞƏRH ETDİ
“Şəhid ailələri və Qarabağ qazilərinə qayğı, diqqət və hörmətin göstərilməsi Azərbaycan dövlətinin daxili siyasətinin əsas prioritet istiqamətidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirib.
Onun sözlərinə görə, ölkə başçısı bu təbəqədən olan insanlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb: “Onların sosial müdafiəsinin təmin edilməsi, işlə təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicə, reabilitasiya kurslarının keçirilməsi və s. problemlərin həlli istiqamətində dövlətimiz çoxşaxəli işlər həyata keçirir. İstər 1-ci Qarabağ müharibəsi şəhidləri və qaziləri, istərsə də Vətən müharibəsinin şəhid ailələri və qaziləri həmişə Azərbaycan dövlətinin qayğısı və diqqəti ilə əhatə olunur. Qanunvericilikdə də bu insanlara qarşı kifayət qədər həssas münasibət göstərilir. Şəhid ailələrinin 20-yə yaxın, qazilərin isə 15-ə yaxın imtiyaz və güzəştləri müəyyənləşdirilmişdir. Şübhəsiz ki, onlara psixoloji yardımın göstərilməsi, tibbi reabilitasiya göstərilməsi, onların müalicəsi o cümlədən burada müalicəsi olmayan qazilərin müalicə üçün xarici ölkələrə göndərilməsi onlara verilən qiymətin göstəricisidir. İndiyə qədər 4000-ə yaxın qazimizin şəhadətləndirilməsi həyata keçirilmişdir və bu proses hələ də davam edir. Onlara göstərilən sosial müdafiə tədbirlərini iki istiqamətə ayırmaq olar. Aktiv sosial müdafiə tədbirləri və passiv sosial müdafiə tədbirləri. Aktiv sosial müdafiə tədbirləri olaraq şəhid ailə üzvlərinin və qazilərin işlə təmin olunması, yeni peşələrə yiyələnməsi, eyni zamanda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi atılan addımlar qeyd olunmalıdır. 12 min 500-dən çox şəhid ailəsi və qazilər işlə təmin olunublar. Bu il təxminən 17 min insan özünəməşğulluq proqramına cəlb olunacaq ki, onların yarısını şəhid ailələri və qaziləri təşkil edir.
Eyni zamanda Qarabağ qazilərinin və şəhid ailə üzvlərinin yeni peşələrə yiyələnməsi, onların dövlət qulluğuna qəbulu məsələsi, sosial problemlərlə məşğul olan xüsusi şöbələrin yaradılması, “Yaşat” Fondunun yaradılması onların həyatının yaxşılaşdırılması istiqamətində görülən işlərdir. Onlara verilən təqaüdlər, pensiyalar, müavinətlər orta məbləğ pensiyalar, təqaüdlər və müavinətlərdən üstündür. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə 2025-ci ilə qədər bütün şəhid ailələri və Qarabağ qaziləri mənzillərlə təmin olunacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB