Qaxda Milli Qurtuluş Gününə həsr olunan voleybol birinciliyi keçirilib FOTOLAR

Qaxda Milli Qurtuluş Gününə həsr olunan voleybol birinciliyi keçirilib FOTOLAR

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Qaxda oğlanlardan və qızlardan ibarət komandalar arasında voleybol üzrə rayon birinciliyi keçirilib. YAP Qax rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda rayonun müxtəlif məktəblərini təmsil edən komandalar mübarizə aparıb. Yarışın açılış mərasimində çıxış edən YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilməsi müasir tariximizdə yeni mərhələnin başlanğıcı oldu və iyunun 15-i müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu qurtuluşla isə dövlətçiliyimizin gələcək mövcudluğunun təməl daşı qoyuldu. Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtuldu. Heydər Əliyev Azərbaycan taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan başlamış müstəqil dövlətimizin yaradılması kimi şərəfli missiyanı uğurla, uzaqgörənliklə, müdrikliklə yerinə yetirdi.Maraqlı keçən birinciliyin yekun nəticələrə əsasən, qızların yarışında “Şimşək” komandası qalib adını qazanıb. Sonrakı yerləri “Qartal” və “Ulduz” komandaları tutublar. Oğlanların yarışında isə “Kürmük” komandası birinciliyin qalibi olub. “Şahinlər” və “Şahin” komandaları isə yarışı ikinci və üçüncü pillədə başa vurublar.Qalib komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə