İyul ayının 15-dən etibarən Milli Məclisin deputatları tətilə çıxır. Nizamnaməyə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edəcək. Bəs deputatlar bu yay istirahətini harada və necə keçirməyi düşünür?
Mövzu ilə bağlı SİA bir neçə deputat arasında sorğu keçirib.
Millət vəkili Vüqar İskəndərov:
“Hazırda Milli Məclisin növbədənkənar yay sessiyasının işləri davam etdirilir. Mən keçən il də bütün yayı işləmişdim. Əslində işləyərək də dincəlmək mümkündür. Sentyabrın əvvəllərindən doğulduğum və seçildiyim Şəki şəhərinə getdim, ailəmlə birgə keçirdim. İki həftə və sonradan artıq Bakı şəhərinə qayıtdım. Bu il də yayı işləməyi düşünürəm, çünki işlərimiz, planlarımız çoxdur. Yəqin ki, dincəlməyə zamanımız olacaqsa, yenə də Şəkini seçəcəm”.
Millət vəkili Kamilə Əliyeva:
“Mən Zaqatala və Balakən rayonlarının seçicilərini təmsil edirəm. Hər iki rayon Azərbaycanın ən dilbər guşələrindəndir. Xüsusilə də yay aylarında bu bölgələr gözəlliyi ilə seçilir. Həmişə olduğu kimi bu yayın da digərlərindən heç bir fərqi olmayacaq. İstirahət üçün hər zaman olduğu kimi seçildiyim rayonlarda həm ailə üzvlərimlə dincələcək, həm də seçicilərimlə görüşəcəm.
Bundan əlavə Azərbaycanın digər dilbər guşələrində də istirahət etməyi planlaşdırırıq”.
Millət vəkili Anar İsgəndərov:
“Başqa fəsillər kimi yay fəslinin də öz məziyyətləri var. Təbii ki, millət vəkili də Azərbaycanın vətəndaşıdır.
İyun ayını onsuz da işləyirik. Geriyə qalan iyul-avqust aylarında da Azərbaycandan kənarda bir səfər nəzərdə tutmamışam. Təbii ki, ölkəmizdə olacam. Çox güman ki, öz seçildiyim dairədə həm ailə üzvlərimlərimlə dincələcək, həm də seçicilərimlə görüşəcəm”.
Millət vəkili Ceyhun Məmmədov:
“Hesab edirəm ki, qarşıdan gələn dövrdə 1 həftə və ya 10-15 gün Azərbaycanın hansısa bölgəsində dincəlməyi nəzərdə tuturam. Amma bu müddətdə də media ilə əməkdaşlığı davam etdirəcəm. Davamlı olaraq mətbuatda çıxışlarımız, şərhlərimiz olacaq. Bu dövrdə yarımçıq qalan işləri tamamlamağı planlaşdırıram. Eyni zamanda paralel olaraq, seçicilərlə görüşərək, müxtəlif regionlara səfərlər təşkil ediləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB