"Qərb Rusiyanın zəiflədilməsində maraqlıdır" - POLİTOLOQ ŞƏRH ETDİ
“Müharibənin başlamasından artıq 100 gün müddət keçib. Rusiya ilkin dövrdə elan etdiyi maksimal planları həyata keçirə bilmədiyi üçün artıq 2-ci fazada minimal plan uğrunda mübarizə aparır. Minimal plan isə Ukraynanın şərqini işğal etmək, Krıma quru yolu təmin etmək, Qara dənizdə mövqeləri gücləndirmək və əlbəttə ki, dünya nizamında supergüc ölkə imicini itirməməkdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, müharibənin başlamasında da məqsədlərdən biri elə beynəlxalq münasibətlər sisteminin dəyişdirilməsi, major güclərə öz varlığını qəbul etdirmək olmuşdur: “Hər kəsə məlumdur ki, bu savaş əslində Rusiya və ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb arasında gedir. Müharibənin gedişatı, amerikalı siyasət adamlarının ifadələri də göstərdi ki, Qərb Ukraynanın ərazi bütövlüyünün təminatında deyil, Rusiyanın zəiflədilməsində maraqlıdır. Belə olmasaydı, öncədən Ukraynaya hücum silahları, hava hücumundan müdafiə raketləri verilmiş olardı; Yuqoslaviya savaşında olduğu kimi NATO Ukrayna hava məkanını bağlayardı; Rusiya mövcud olduğu aparıcı platformalardan çıxarılardı; hələ də BMT TŞ 5 daimi üzvündən biri olmazdı. Bütün bunlar göstərir ki, hadisələrin gedişi Rusiyanın iqtisadi, siyasi, hərbi baxımdan iflası aparıcı plandır. Bu plan icra olunanadək isə Ukrayna qurban rolunda çıxış edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB