Azərbaycanın Avropa və dünyada nüfuzu günü-gündən artmaqdadır - PARTİYA SƏDRİ AÇIQLADI

Azərbaycanın Avropa və dünyada nüfuzu günü-gündən artmaqdadır - PARTİYA SƏDRİ AÇIQLADI

"Dünya Rusiya neftindən və qazından imtina edib. Təbii ki, burada əlavə mənbələrin tapılmasına ehtiyac var". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropanın ümid etdiyi ölkələrdən biridir: "Xüsusilə qaz təchizatı məsələsində Azərbaycana mühüm yer ayrılır. Bakıda keçirilən enerji həftəsində də bu məsələ xüsusilə müzakirə olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyev də qeyd etdi ki, Azərbaycan qaz təchizatını artırmağa hazırdır. Ancaq bunun üçün ilk növbədə müqavilələr imzalanmalı, boru kəmərinin ötürücülük qabiliyyəti artırırlmalıdır. Azərbaycanın Avropa və dünyada nüfuzu günü-gündən artmaqdadır. Bakıda keçirilən bu tədbir Azərbaycanın nüfzunun günü-gündən artdığını bir daha nümayiş etdirdi. Hesab edirəm ki, bundan sonra bu istiqamətdə daha ciddi addımlar atılacaq”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə