"Festival Azərbaycana mənəvi və siyasi dəstəkdir" - DEPUTAT AÇIQLADI
""Teknofest" festivalının Azərbaycanda keçirilməsinin əhəmiyyəti kifayət qədər böyükdür". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu festivalın ölkəmizdə keçirilməsi Azərbaycan-Türkiyə əlaqələrinin sürətli inkişafının göstəricisidir: "Onu da qeyd etmək lazımdır ki, bu əlaqələrin inkişafında iki ölkənin prezidentinin müstəsna xidmətləri var. Bu festival Azərbaycana mənəvi və siyasi dəstəkdir. Eyni zamanda Azərbaycan və Türkiyə tələbələrinin və şagirdlərinin innovasiya sahəsində, elmi biliklərin araşdırılması sahəsində bilik və bacarıqlarının bölüşdürülməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu festivalda həm cənab Prezident İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox mühüm mesajlar verdi. Gələcək nəsil bilməlidir ki, iki ölkənin güclü və qüdrətli olması bir-birimizin yanında olmasından qaynaqlanır. Bu baxımdan hesab edirəm ki, bu cür tədbirlər nə qədər çox keçirilsə ikitərəfli əlaqələrə o qədər çox öz töhfəsini verəcək".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB