Müasir moskvalıların əsas problemini "Moskviç Maq"la söhbətində məşhur sovet və rus aktrisası, RSFSR-in xalq artisti Larisa Lujina qeyd edib.
SİA bu barədə rus saytlarına istinad edir.
“...Bu gün kifayət qədər ünsiyyət yoxdur, elə bil insanlar hamısı özlərinə çəkiliblər, öz qabığında yaşayırlar. İnsanlar internetdən başqa ünsiyyəti dayandırıblar” -deyə Lujina bildirib.
Aktrisanın sözlərinə görə, bu, onun həyatında da problemdir: o, dostları ilə çox nadir hallarda görüşür və indi böyük bayramlarda belə "kimisə evdən çıxarmaq" çətindir... Qeyd edək ki, bu Rusiyada xalq artistı titulunu daşıyan tanınmış birinin etirafıdır. Yəni xanım aktrisa bugünkü Moskva həyatından gileylidir.
Amma, buna baxmayaraq, bu gün Rusiyanın əksər əyalət şəhərlərində yaşayanların ən ümdə arzularından biri, ruslar demiş “stolitsada”- Moskvada yaşamaqdır.
Bugünkü rusların Moskvadakı həyat tərzi ilə bağlı,..yadıma düşmüşkən, icazə verin, birinə də mən danışım. Deməli, yaşlı tanışlarımdan biri hər il məzuniyyətinin ilk bir neçə gününü Moskvada yaşayan qızına baş çəkmklə başlayardı. Bir gün növbəti Moskva səfərindən sonra qarşılaşdığı maraqlı bir hadisəni mənə də nəql etdi.
Deməli, tanışım danışır ki, qızımla Moskva marketlərindən birində alış-veriş edəkən, qızımın yaşlı bir rus qadınla çox səmimi görüşüb söhbətləşdiyinin şahidi oldum. Sonradan qadının kimliyi ilə maraqlandım. Qızım “köhnə bakılılardandır” dedi.
Tanışım deyir ki, sonrakı günlərin birində həmən qadınla yenidən həmən marketdə rastlaşanda o mənimlə Azərbaycan dilində salamlaşdı. Bakıdan Moskvaya köçəndən sonra necə yaşamasıyla maraqlandım.
Tanışım deyir ki, elə bil, qadının yaralı yerinə toxundum. Ağladı, burada, Moskvada yaşayışı ilə bağlı elə bir maddi çətinliyi olmadığını dedi, amma əsil həyatı o Bakıda yaşayarkən gördüyünü bildirdi. Bakıda yaşayarkən azərbaycanlı qonşularından gördüyü səmimiyyəti, mehribançılığı burada rus qonşularından görmədiyini etiraf etdi.
Yeri gəlmişkən, o da yadımdadır, bir dəfə, rus telekanallarının birində Azərbaycanın haqq işini müdafiə edən rusiyalı siyasətçi Aleksey Naumovdan onda bu ölkəyə, Azərbaycana olan bu sevginin haradan qaynaqlandığını soruşdular. O, Azərbaycana olan sevgisini vaxtilə Bakıda yaşamış mərhum valideynlərinin bu ölkə ilə bağlı danışdıqları xoş təəssüratlarından aşılandığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB