"Ağıllı kənd" layihəsi müstəqilliyimizin yeni uğurudur ŞƏRH

"Ağıllı kənd" layihəsi müstəqilliyimizin yeni uğurudur ŞƏRH

Ali Baş Komandan lham Heydər oğlu Əliyevin azad olmuş Qarabağ yurdumuzun, poetik dillə desək, 30-illik ayrılıqdan sonra torpaqlarımızın başına sığal çəkməyə getməsi hər dəfə böyük bir sevincə, qürurverici bir imzaya səbəb olmuşdur. Hər dəfə azad edilən Qarabağ torpaqlarına Prezidentin ilk səfərini xalqımız ən ali Bayram kimi qarşılamış və qiymətləndirmişlər. Elə məhz 27 may tarixində prezidentimz İlham Əliyev cənablarının birinci xanım Mehriban Əliyevayla birlikdə Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layiəsində iştirakı da möhtəşəm bir layihənin varlığını bəyan etdi. Bu məqamda babalarımızdan bizə miras qalan, hikmətini itirməyən bir ifadə yaddaşıma işıq tutdu. “Torpağı əkib becərmədinsə qorumağa, qorumadınsa əkib becərməyə dəyməz!”

Bəli, işğalda olan torpaqlarımız artıq iki ildir ki, Ali Baş Komandanın, güclü Azərbaycan Ordusunun, və igid xalqımızın qüdrəti sayəsində azaddır. Bu azadlıq sözün əsl mənasında Azərbaycan xalqının dünya miqyasında şöhrətlənməsinə və Azərbaycan adının dünyada tanınmasına rəvac verdi. Bu gün isə bu torpaqlar üzərində quruculuq işləri aparmaq, o torpaqları dirçəltmək üzərimizə düşən ən vacib məsələdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kənd meydanı ilə tanış olmaları və kənd meydanında 30-ilə yaxın zaman ərzində işğal altında qalan əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksini işə salmaları böyük sevinclə qürur hissi ilə yaddaşımızın tarixinə həkk oldu. Ağalı kəndində “Ağıllı kənd” layihəsinin böyük bəxşi olan Dövlət Xidmətləri Mərkəzi ilə, “Azərpoçt” MMS-sının rayon şöbəsi, “Asan xidmət” mərkəzi, Dost mərkəzi, Kiçik və Orta Biznesin inkişafı Mərkəzinin fəaliyyət göstərəcəyi məsələsi quruculuq işlərinin uğurlu gələcəyini təcəssüm etdirir. Dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın Ağalı kənd meydanında “Kapital Bank”ın Zəngilan filalı, kənd təsərrüfatı təyinatlı labaratoriyalar, baytarlıq, bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri ilə tanışlıq “Ağıllı kənd” layihəsindən xəbər verdi.

Ağalı kəndində müasir şəhərsalma standartlaının tətbiq olunması, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması bioqaz enerjisindən istifadə kimi amillər bu layihənin möhtəşəmliyindən xəbər verir. Dövlət Başçısının xalqa olan bu diqqət və qayğısı sözün həqiqi mənasında bizim digər böyük qələbimizin göstəricisidir. Biz Qarabağ torpaqlarımızın 44 günlük azadlığını da Prezidentimizlə xalqımızın bir olma, birləşmə qüdrətindən də almışdıq. Ağalı kəndində baş tutan “Ağıllı kənd” layihəsinin ən qiymətli tərəfindən hesab edilən “Güllmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi, uşaq bağçası və kənd orta məktəbi xalqımızın Dövlət başçımız İlham Əliyev cənablarına olan hörmətini, sevgisini və inamını göylərə ucaltdı. Xalqın xoşbəxtliyi Dövlət Başçısının xalqına verdiyi dəyərlə, qayğıyla, sevgiylə ölçülür. Zəngilanın Ağalı kəndində baş tutan möhtəşəm tədbir Dövlət Başçımız ilham Heydər oğlu Əliyevin cıxışı ilə tariximizə həkk oldu. İlham Əliyev Ağalı kəndinin belə bir müasir dirçəlişini Müstəqilliyimizin möhkəmlənməsində gördüyünü bəyan edərək dedi: “-Əziz dostlar, ilk növbədə, sizi qarşıdan gələn Müstəqillik günü münasibəti ilə təbrik edirəm, Sizə və bütün Azərbaycan xalqına daim rifah, xoşbəxtlik arzulayıram. Müstəqillik günü ərəfəsində biz sizinlə görüşürük, Ağalı kəndində, dirçələn Ağalı kəndində. Bunun çox böyük rəmzi mənası var. Çünki Ağalı kəndinin yenidən qurulması müstəqilliyimizin yenidən qurulmasından asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir.”

Ali Baş Komandanın çıxışı zaman keçmişimizə ekskur etməsi, tarixi yaşantılarımızdakı bəzi məqamlara açıqlıq gətirməsi, yaşadığımız hadisələri xatırladaraq, xalqımızın yaşadığı çətinlikləri göz önündə tutması ilə yanaşı bugünkü qüdrətimizi və bərabərliyimizi, imzalanan yenilikləri və bu yeniliklərin ilk olmasını çıxışında bəyan etməsi qürur və fəxarət hissi ilə qarşılandı. Qazanılan möhtəşəm uğurlarımızdan bəhs edən dövlət başçımız sonda Azərbaycan xalqına arxalandığını, xalqımızın dövlətimizlə bərabərliyini dilə gətirdi: “Mən Prezident kimi hər dəfə bu cəhdləri dəf edəndə xalqa arxalanıram, dövlətimizin gücünə arxalanıram, o cümlədən hərbi, iqtsadi və siyasi gücünə. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi.”

Sonda gənc vətəndaşların çıxışlarında da böyük azadlığımızın, bərabərliyimizin necə böyük xoşbəxtlik olduğunu görmək bir Azərbaycanlı kimi köksümüzü qabartdı. Ali Baş Komandanın qazandığı uğurlar və ona olan xalq sevgisi haqqında yazılmış şeirlər bir-bir könlüllərimizdən süzülərək nəğməyə çevrilir:

Dəmir yumruq, ömrüm boyu

Sənə nəğmə deyəcəyəm!

O qüdrətli barmaqlara

Qızıl əlcək hörəcəyəm.

“Dəmir yumruq”-bu gözəl söz

El-obanın dilindədir.

Dəmir yumruq dəmir kimi

Bir kişinin əlindədir.

Zahid Xəlil, “Dəmir yumruq”)

Mərziyyə Nəcəfova

YAP Yasamal rayon təşkilatının AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə