Yeni Azərbaycan Partiyası daim inkişafda olan partiyadır FOTOLAR

YAP Yasamal rayon təşkilatının "İnşaatçılar prospekti 39" ünvanında (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yerləşən ərazi partiya təşkilatında iclas keçirilib. İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, ərazi partiya təşkilatının sədri Vasif Adilov və əməkdaşlar iştirak etmişdir.

İclası giriş sözü ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycan bugünki inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, ön siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Cənab Prezidentimiz İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır.

Sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iclas iştirakçılarını salamlayaraq, partiyamızın uğurlu fəaliyyətindən bəhs edib. O, qeyd edib ki, bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan, Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ulu Öndərin ideya və arzuları yaşayır. Azərbaycan Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək. Tədbirin sonunda "İnşaatçılar prospekti 39" ünvanında yerləşən ərazi partiya təşkilatında YAP-na yeni üzv olan əməkdaşlara partiya vəsiqələri təqdim olunub və onlara gələcək siyasi-ictimai fəaliyyətlərində uğurlar arzulanıb.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə