Anar Əliyev: “Bölgəmizə sülh qətirəcək addımların atılmasına başlanılıb” AÇIQLAMA

“Nəhayət, Azərbaycan və Ermənistan tərəfindən bölgəmizə sülh qətirəcək və iki cəmiyyət arasında barış, inam, etimad mühitini formalaşdıracaq praktiki addımların atılmasına başlanılıb”. Bunu SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

A.Əliyev bildirib ki, Ermənistana edilən təzyiqlərin nəticəsi olaraq Nikol Paşinyan mayın 22-də Ermənistan- Azərbaycan sərhədlərinin delmitasiya və demorkasiyası ilə bağlı işçi komissiyasının yaradılmasına dair sərəncam imzaladı: “Hesab edirəm ki, işçi komissiyasının yaradılması Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi xüsusi ilə, nəqliyyat-komunikasiya xətlərinin açılması və iki cəmiyyət arasında inam, etimat mühitinin formalaşması, birgə yaşayışın təmim edilməsi baxımından çox mühüm bir addımdrı. Komissiyalar səviyyəsində görüşlərin keçirilməsinin real nəticəsi ilə bağlı biz yaxın müddət ərzində hətta ola bilsin ki, bu ilin sonlarına qədər çox ciddi real nəticə əldə edə bilərik. Bildiyimiz kimi, sərhədlərin delmitasiya və demorkasiya prosesi çox uzun texniki prosesdir. Xüsusilə, Ermənistan və Azərbaycan kimi münaqişədə olan dövlətlərin sərhədlərinin sənədlər üzərində delimitasiya və demorkasiya prosesini aparmaq çətindir. 1918-ci ildən SSRİ imperiyası dağılana qədər, yəni Ermənistanla Azərbaycan münaqişədə olduğu dövrə və işğal prosesi başlayana qədər olan dövr araşdırılacaq. Razılaşmalar xəritələr əsasında demorkasiya prosesi həyata keçirilə bilər. Göründüyü kimi, bu proseslər çox uzun müddətli texniki proseslərdir. Ancaq demək olar ki, proses artıq başlayıb, nəticəsinin də olacağı şübhəsizdir”.

Hüseynəli RƏHİMZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...