YAP Nizami rayon təşkilatı Müstəqillik Gününü “Eko Park”da qeyd edib FOTOLAR

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının təşəbbüsü ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Eko Park” İnnovasiya Mərkəzində 28 May - Müstəqillik Gününə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” adlı tədbir keçirilib. Tədbir iştirakçıları öncə “Eko Park”da yaradılmış şəraitlə tanış olublar, ağac əkiblər. “Eko Park”ın konfrans zalında davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb və ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ictimai-sosial şöbəsinin rəisi Əli Ələkbərov və başqaları bildiriblər ki, Azərbaycan Respublikasının müstəqilliyinin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün ölkəmiz öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın gördü. Bu tarixi Zəfəri qazanan xalqımız bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.

Çıxışlardan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə qazilər, şəhid ailələrinin üzvləri, partiya fəalları təltif olunublar.Tədbirin sonunda gənc muğam ifaçıları Yusif Cəfərbəyli və Nuray Hacızadə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...