Azərbaycan-Türkiyə əlaqələri həddindən artıq genişlənib - SİYASİ EKSPERT AÇIQLADI

"Azərbaycan-Türkiyə əlaqələri həddindən artıq genişlənib". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu münasibətlərə çox yüksək qiymət verir: "Şuşa bəyannaməsindən sonra da bütün sahələrdə bu münasibətlər daha da inkişaf edib. Xüsusilə də hərbi sahə də daha da inkişaf edib. Uzun illərdir ki, Türkiyə hərbiçiləri ilə birgə təlimlərimiz keçirilir. Bildiyimiz kimi Qars vilayətində “Heydər Əliyev-2022 Faktiki Atış Birgə Quru Təlimləri” baş tutub. Bu təlimlər təcrübə mübadiləsi üçün çox vacibdir. Gələcəkdə Azərbaycan ordusu ilə Türkiyə ordusu yarana biləcək hər hansı bir problem olarsa, bir-birinə kömək etmək, birgə fəaliyyət keçirilməsi baxımından önəmlidir. Təlimlər ordunun güclü olması üçün vacibdir. Hər bir dövlət çalışır ki, ordusu çox güclü olsun. Bu səbəbdən ordu quruculuğu daim irəliləyən prosesdir. İkinci Qarabağ müharibəsi onu göstərdi ki, Azərbaycan Ordusu həddindən artıq güclüdür".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə