Litva ilə Azərbaycan uzun ilərdir ki, strateji tərəfdaşdırlar

Uzun illər boyu dünya dövlətləri ilə dostluq münasibətlərinin qorumağa çalışan Azərbaycan ənənəsinə sadiq qalaraq, Avropada, Baltik dənizinin şərq sahilində yerləşən Litva Respublikası ilə də diplomatik əlaqələri möhkəmləndirmişdir.Azərbaycan ilə Litva arasındakı ikitərəfli münasibətlər günbəgün daha çox inkişaf etməkdədir.Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 20 dekabr 1991-ci ildə tanıyan ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci il noyabr ayının 27-də qurulub. 2007-ci ilin 3 aprel tarixində Litvanın Azərbaycanda, 6 sentyabr 2007-ci ildə isə Azərbaycanın Litvada səfirliyi açılıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı 13 sentyabr 2007-ci ildə Vilnüsdə qəbul olunmuş “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannaməsi”, o cümlədən “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq haqqında Saziş” 21 aprel 2008-ci il tarixində Bakıda imzalanmışdır. 7 aprel 2009-cu il tarixində Bakıda “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Litva Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi dialoqun gücləndirilməsi və əməkdaşlıq haqqında Memorandum” ikitərəfli münasibətlərə əsaslı zəmin yaradan və əlaqələrimizi tənzimləyən əsas sənədlərdəndir.

Son illərdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır. Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirir. İki dövlət arasında mədəniyyət, idman, turizm, sahibkarlıq fəaliyyəti kimi sahələrdə əməkdaşlığı artırmaq məqsədini özündə əks etdirən müqavilələrin nəticəsində 2018ci ildə Litvalılar Milad yarmarkasında Azərbaycan “Yallı” rəqsini ifa edib, Litvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub “Əli və Nino” filmi Vilnüsdə Litva dilində nümayişi Azərbaycan Litva dövlətləri arasında mədəni iqtisadi əlaqələrin inkişafından xəbər verir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümünələrlə xalqları zənginləşdirir. Ölkələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür . Ağstafa rayonu ilə Litvanın Birştonas meriyası əməkdaşlıq müqaviləsi imzalayıblar. Birştonas şəhərinin meri Niyole Dirqinçiene Azərbaycana, o cümlədən Ağstafa rayonuna səfərlərini xatırlayaraq, ölkəmizdə müşahidə etdikləri sosial-iqtisadi inkişaf layihələrinin onlarda böyük təəssürat yaratdığını vurğulayıb.O, həmçinin Avropanın tanınmış kurort şəhərlərindən olan Birştonas haqqında ətraflı məlumat verərək, gələcəkdə sosial-iqtisadi yönümlü birgə layihələrin həyata keçiriləcəyinə əminliyini bildirib.

Litva resbublikasının Prezidenti Gitanas Nausedanın Azəbaycana üçgünlük səfəri( 2022) və Litva arasında iki tərəfli münasibətlər, ticarət-iqtisadi əməkdaşlığın inkişafında aparılan danışıqlar uzun illərin dostluq münasibətlərini daha da möhkəmləndirdi. Bu əməkdaşlığın bəhrəsi olaraq Azərbaycan Respublikası ərazisində 12 Litva şirkəti qeydiyyatdan keçmişdir. Bu şirkətlər hal hazırda maşın və avadanlıqların təmiri, telekommunikasiya, proqram təminatı sahələrində fəaliyyət göstərirlər.

Zenfira Babayeva

Xəzər rayonu 234 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə