Erməni vəhşiliyi bəşəriyyət üçün təhdiddir TƏHLİL

Erməni vəhşiliyi bəşəriyyət üçün təhdiddir TƏHLİL

Tarixi faktlar dünyada ən barbar və qaniçən toplumun ermənilər olduğunu təsdiqləyir

İki yüz ilə yaxındır ki, erməni daşnak dəstələri azərbaycanlılara qarşı soyqırımı aktları həyata keçiriblər. Bu müddətdə yüzlərlə şəhər, kənd və qəsəbə dağıdılıb, talan edilib, 2 milyon insan həyatını itirib, yüz minlərlə insan bu və digər formada sağlamlığından məhrum olunub. İnsanlıq əleyhinə yönələn erməni cinayətlərinə qarşı dünya birliyi susqunluq nümayiş etdirib. Yalnız 1905-1907 və 1918-1920-ci illərdə 1 milyon azərbaycanlı ermənilərin soyqırımı siyasətinin qurbanı olmuşdur. O dövrün tarixi mənzərəsinə nəzər salaraq demək olar ki, Rusiyada oktyabr çevrilişindən sonra Qafqazda çətin iqtisadi, siyasi şərait meydana gəlməyə başlamışdır. Azərbaycanda yeni siyasi şəraitdə, eləcə də tarixi irəliləyiş vaxtında əsas məsələ xalqın milli azadlıq mübarizəsinə kimlərin başçılıq edəcəyindən və necə yol göstərəcəyindən asılı idi. Həmin vaxt Bakıda hakimiyyətdə olan bolşevik təşkilatı isə Azərbaycana Rusiya daxilində muxtariyyət vermək, eləcə də müstəqil Azərbaycan dövləti yaratmaq haqqında danışmadı. 1917-ci il noyabrın 26-28-də Ümumrusiya Müəssisələr Məclisinə seçkilər keçirildi. Zaqafqaziyadan olan nümayəndələr Zaqafqaziya seymini təşkil etmək istədilər. Zaqafqaziya Seymi 1918-ci il fevralın 23-də təşkil olundu. Bu qurum ali hakimiyyət orqanı kimi fəaliyyət göstərməli idi. Seymə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyalarında daxili və xarici siyasətin bütün sahələrində narazılıqların, ziddiyyətlərin yarandığı üzə çıxdı. Zaqafqaziya Müstəqil Federativ Respublikanın elan edilməsi 1918-ci ilin aprelin 22-də qərara alındı. Lakin bu da ziddiyyətlərin qarşısını ala bilmədi. Əksinə, onun işini pozdu və narazılıqları daha da gərginləşdirdi. Belə şəraitdən istifadə edən gürcülər federasiyasının tərkibindən çıxaraq Gürcüstanın müstəqil bir dövlət olduğunu bəyan etdilər. 1918-ci il mayın 27-də Zaqafqaziya Seyminin Azərbaycan təşkilatı fövqəladə iclasına toplaşdı və Azərbaycan Milli Şurasının təşkili elan olundu. Milli Şuranın sədri M.Ə.Rəsulzadə, onun müavinləri isə H.Ağayev və M.Seyidov seçildilər. Milli Şuranın 9 nəfərdən ibarət idarə heyəti də yaradıldı. İcra orqanının sədri F.Xoyski seçildi. Həmin orqanın tərkibinə “Müsavat” partiyasından M.H.Hacınski, N.Usubbəyov, X.Xasməmmədov, M.Y.Cəfərov, “Hümmət”dən Ə.Şeyxülislamov, “İttihat”dan X.Sultanov, “Müsəlman sosialist blokun”dan X.Məlikaslanov və C.Hacınski daxil oldular. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının iclası çağırıldı. X.Xasməmmədov Azərbaycanın müstəqilliyinin elan edilməsi təklifini irəli sürdü. Beləliklə, Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul etdi. Bəyannamədə aşağıdakılar qeyd olunurdu:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi və Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycanın hüquqlu müstəqil dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xalq Cümhuriyyəti olaraq təqdim edilir.

3. AXC bütün millətlər, qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq şəraiti yaratmağa çalışır.

4. AXC öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial şəraitindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar təmin edir.

Milli Şura iclasında ADR hökumətinin təşkil edilməsi Fətəli xan Xoyskiyə tapşırıldı. Bu vaxtlar Bakı şəhərində daxili siyasi vəziyyət mürəkkəb idi. Bakı Xalq Komissarları Sovetinin sərəncamında olan erməni daşnak ordu bölmələri özlərinin erməni daşnak komandirləri ilə birlikdə Sovet hakimiyyətinə qarşı xainlik etdilər. Bu vaxtlar daşnaklar, eserlər və menşeviklər Bakı ətrafını türklərdən müdafiə adı altında ingilis qoşunlarını Bakı şəhərinə çağırmaq üçün öz fəaliyyətlərini davam etdirirdilər.

1918-ci il avqustun 4-ü - general Denstervilinin arzularının puç olması

Hadisələrin belə bir vaxtında Bakı Xalq Komissarları Soveti 1918-ci il iyulun 31-də istefa verdi. Sentrokaspi diktaturasının, həmçinin eser, daşnak və menşeviklərin çağırışı sayəsində 1918-ci il avqustun 4-də ingilislər general Denstervilin başçılığı altında İranın Ənzəli limanından Bakıya hərəkət etdilər. Onlar ilk vaxtlar şəhəri Azərbaycan dövlətindən ayırmaq, həmçinin Türkiyə-Azərbaycan ordularının Bakını ələ keçirmələrinə maneçilik törətmək üçün səy göstərdilər. Lakin onların bu oyunları baş tutmadı. Sentrokaspi diktaturasının hakimiyyəti nüfuzu və əsası olmayan bir qurum idi. İngilislər 1500 döyüşçü ilə Bakıya daxil oldular. Türkiyə-Azərbaycan bölmələri Bakıya daxil olandan bir gün əvvəl isə qorxu içərisində Ənzəliyə qaçdılar.

1918-ci il sentyabrın 15-də Türkiyə-Azərbaycan hərbi qüvvələri Bakı şəhərini işğalçılardan azad etdi. ADR-in ilk görəcəyi işlərdən biri dövlətin sərhədlərini dəqiqləşdirməkdən ibarət idi. 1918-ci il iyunun 20-də Azərbaycan hökuməti Gürcüstan və Ermənistanla sərhəd məsələlərinə dair danışıqlar məsələsini irəli sürdü. Gürcüstan ilə 1919-cu ilin iyununda müqavilə imzalandı. ADR erməni daşnak quldur başçılarının Zəngəzurda və keçmiş İrəvan quberniyasında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə qarşı özünün etirazını, protestini bildirdi. Lakin 1919-cu il noyabrın 23-də Ermənistanla saziş bağlansa da, bu, kağız üzərində qaldı. Erməni millətçiləri Azərbaycana ərazi iddialarından əl çəkmədi. Belə ki, onlar əhalinin 67 faizi azərbaycanlılar olan Naxçıvanı, Ermənistanı özününkü sayırdılar. ADR elan olunan vaxt İrəvan quberniyasına daxil olan Naxçıvan tez Azərbaycanla birləşməyi qərara aldı. Lakin o vaxtkı şəraitə görə bunun hələ mümkün olmadığını nəzərə alaraq və Ermənistana tabe olmamaq üçün Naxçıvan bölgəsi 1918-ci ilin noyabrında Araz Respublikası adı altında özünün müstəqilliyini elan etdi.

Erməni millətçiləri Naxçıvan ərazisinə soxulmaq, əhalini məhv etmək istəsələr də, xalq qurbanlar versə də təslim olmadı. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək probleminin ən ağır və əsası Dağlıq Qarabağ məsələsi oldu. Erməni quldur dəstələri özlərinin işğalçılıq fəaliyyətlərini 1920-ci ilin yanvarında Zəngəzurda da davam etdirdilər. Bunu görən ADR hökuməti öz ordu bölmələrini Qarabağda topladı. Mart ayında - Novruz bayramı günü Ermənistanın daşnak rəhbərlərinin havadarlığı altında quldur dəstələri gözlənilmədən Şuşada, Xankəndidə, Əsgəranda, Tərtərdə olan Azərbaycan ordu hissələrinə basqın etdilər. Buna baxmayaraq, qiyamçı qüvvələr məhv edildi. Buranı daşnak dövlətinə birləşdirmək üçün başlanan birinci cəhdin qarşısı qətiyyətlə alındı.

1918-ci il mayın 30-da bütün dünya dövlətlərinin xarici işlər nazirliklərinə ADR-in müstəqilliyi haqqında Fətəli xan Xoyskinin imzası ilə teleqram göndərildi. Həmin il iyunun 4-ü ADR ilə Osmanlı imperiyası arasında dostluq müqaviləsi bağlandı. Tiflisdən Gəncəyə köçən Azərbaycan hökuməti 1918-ci il iyunun əvvəllərində ciddi və xarici amillərlə rastlaşdı. Bu dövrdə Nuru paşanın türk hərbi mütəxəssislərindən ibarət 300 nəfərlik dəstəsi Gəncədə idi. Fətəli xan Xoyskinin rəhbərliyi altında yeni hökumət kabineti təşkil olundu. Belə bir vaxtda öz çıxışları ilə daim xalqın hörmətini qazanmış siyasi xadimlər - M.Rəsulzadə, X.Xasməmmədov, A.Səfikürdski və başqaları siyasi fəaliyyətdən kənarlaşdırılmaq məqsədilə İstanbula göndərildilər. İyun hadisələrinə nəzər salsaq, görərik ki, irtica Milli Şuranın fəaliyyətini dayandırsa da, xalqın içindən çıxmış demokratik insanlar Azərbaycan dövlətinin azadlığını qoruya bildilər. Daxili iğtişaşlara qarşı hökumət nümayəndələrinin mübarizə apardıqları bir vaxtda, 1918-ci il iyunun 12-də S. Şaumyanın başçılığı altında Bakı Sovetinin hərbi qüvvələri Gəncə üzərinə göndərildi. Təzə qurulmuş Azərbaycan dövlətinin başı üzərini qara buludlar aldı. Azərbaycan-Türk birləşmələri Göyçay ətrafında iyunun 27-dən iyulun 1-dək apardıqları 4 günlük döyüşlərdə Bakı Sovetinin qoşun hissələrini məğlub edərək onların hücumunu yatıra bildilər. ADR hökuməti ümumi hərbi səfərbərlik haqqında qərarı 1918-ci il avqustun 11-də elan etdi. 1894-1899-cu il anadan olan gənclər hərbi xidmətə çağırıldı. Sentyabrın 11-də hərbi nazirliyin yaradılması haqqında qanun verildi. Fətəli xan Xoyski həm də müdafiə naziri, general Səməd bəy Mehmandarov isə onun müavini təyin edildi.

1937-38-ci illərdə təkcə Bakıda təxminən 70 minə qədər adam sovet represiyasının qurbanı oldu

1918-ci il sentyabrın 15-də türk ordusu Bakını azad etdi. ADR hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı əsasında üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul olundu. Həmin il noyabr ayının 9-da isə qəbul olunmuş bu bayraq üçrəngli -yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz olundu. Dövlətin bayrağında bu üç rəng türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təsis yığıncağı oldu. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini seçildi. Xoyski hökumətin fəaliyyətinin dayandırdığını və hakimiyyətin parlamentə verildiyini bildirdi. Yenə də uzun danışıqlardan sonra hökumət kabinetinin təşkili Xoyskiyə tapşırıldı. 919-cu ilin martında Xoyski hökuməti istefa verdi. Aprelin 14-də N. Usubbəyovun rəhbərliyi altında yeni hökumət kabinetinin tərkibi parlament tərəfindən təsdiq edildi. ADR hökuməti həmin ilin noyabrında Bakı Dövlət Universitetinin açılmasını bildirdi. Orta məktəblər milliləşdirildi. Parlamentin qəbul etdiyi qərara görə xarici dövlətlərə 1919-20-ci tədris ilində 100 nəfər tələbə ezam olundu. Yeni hökumət Azərbaycan dilinə dövlət statusu verilməsi və kargüzarlıq işlərində Azərbaycan dilindən istifadə edilməsi haqqında qərar verdi. Lakin kadr çatışmazlığı bu məsələnin tam həll olunmasına imkan vermədi. Azərbaycan parlamenti 1919-cu il avqustun 11-də Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. 1920-ci il aprel ayının 28-də XI qırmızı ordu Bakıya daxil olanda burada bir güllə belə atılmadan şəhər təslim edildi. XI qırmızı ordu aprelin 29-da özünün xüsusi şöbəsini, sonra isə "ÇK" yaratdı. 1937-38-ci illərdə təkcə Bakıda təxminən 70 minə qədər adam sovet represiyasının qurbanı oldu. Bütövlükdə isə Azərbaycanda şura hökuməti gələndən 250 min adam öldürüldü. Hələ sürgün olunanların, konslagerlərə göndərilənlərin dəqiq sayı bəlli deyil. Bu hadisələrin necə baş verməsini görkəmli tarixçi alim Z.Bünyadov açılmamış arxivlər əsasında araşdırıb üzrə çıxarmışdır. Bolşevik hökumətinə qarşı Azərbaycanda baş verən üsyanların əsas səbəbləri yadelli rus kommunist qoşunlarının müstəqil Azərbaycan dövlətini işğal etməsi idi. Üsyanda ordu və xalq kütlələri mübarizə aparırdı. “Qəhrəman” qırmızı rus ordusu isə Azərbaycana istiqlal deyil, istila gətirmişdi - milli olan hər şeyi yox edən qanlı bir istila törədildi.

Azərbaycan xalq cümhuriyyəti 23 ay fəaliyyət göstərsə də, Azərbaycan xalqının tarixində çox mühüm rol oynadı. 23 ay ərzində demokratik parlament formalaşdı, xalqın maraqlarını ifadə edən hökumət, ordu yaradıldı və digər mütərəqqi qanunlar qəbul etdi, insanlara istiqlaliyyət, hürriyyət bəxş etdi. Bu barədə isə növbəti sayımızda daha geniş və ətraflı bəhs edəcəyik.

1987-1988-ci ildən ermənilər yarımçıq qalan cinayət əməllərini davam etdirdilər

Mövcud faktlara istinadən demək olar ki, hətta sovetlər birliyi tərkibində olduğumuz dönəmlərdə belə Stalin rejimi erməni təəssübkeşliyi nümayiş etrdirərək azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması həyata keçirilib. 1948-1953-cü illərdə Stalinin yarıtmaz əmri ilə yüz minlərlə azərbaycanlı tarixi torpaqları olan İrəvan, Göyçə, Kümrü, Basarkeçər və digər yaşayış məskənlərindən çıxarılaraq Kür-Araz ovalığına köçürülmüşlər. Ermənistandan Azərbaycanı Kür-Araz ovalığına ilk köçürülənlər 1948-ci ilin iyun ayının əvvəllərində gəlirlər. İlk köçürülən Azərbaycanlı ailəsi indiki Beyləqan rayonundakı sovxozlarda yerləşdirilmişdir. Onlar sovxoz rəhbərliyi tərəfindən miçətkənlə, həmçinin torpaq sahəsi və əkin üçün toxumla da təmin olundular. 1948-ci ilin yazınadək deportasiyanın ilk qurbanlarından 320 ailə Salyan, 140 ailə Saatli, 545 ailə Sabirabad, 260 ailə Əli Bayramlı, 150 ailə Puşkin, 75 ailə Ağcabədi, 100 ailə Xilli rayonlarının quru çöllərində, susuz səhralarında, ilan mələyən düzənliklərdə yaşamağa məcbur edildi. Bu, 6400 nəfəri birləşdirən 1590 ailə idi. Həmin ilin yay aylarında deportasiya olunanların ikinci dəstəsi indiki Ermənistandan – doğulub boya-başa çatdıqları doğma torpaqlarından köçürüldülər. Bunlardan 2747 ailə - 12177 nəfər Azərbaycana pənah gətirdi.

1949-cu il noyabrın 25-də Ermənistan ərazisini bir neçə rayonundan 600 ailə - 2500 nəfər Azərbaycana deportasiya edildi. 1949-cu ildə Ermənistandan azərbaycanlı əhali kütləvi şəkildə Kür-Araz ovalığındakı Zərdab, Əli Bayramlı, Kürdəmir, Mingəçevir, Salyan, Yevlax və digər rayonlara köçürülür. O dövrdə Ermənistanın dağlıq rayonlarından köçürülən azərbaycanlılar doğma yurdlarının təbii şəraitinə uyğun olan Dağlıq Qarabağ ərazisində yerləşdirilsəydi, faciəli ölüm halları olmaz, həm də bugünkü faciələrimizin kökü elə o zaman kəsilərdi. Lakin bu, belə olmadı. Təəssüf ki, ermənilər Azərbaycanda bütün sahələrdə işlə təmin olundular. Onlar zaman-zaman fürsət düşdükcə azərbaycanlılara qarşı millətçi və terrorçu siyasətlərini davam etdirmişlər. 1948-1953-cü illərdə 210 minə yaxın azərbaycanlı zorla öz tarixi torpaqlarından didərgin salınmışdır ki, sonrakı mərhələdə həmin köçürülən insanların müəyyən hissəsi yeni bölgələrə uyğunlaşa bilmədiklərindən həyatlarını itirmişlər. 1987-1988-ci ildə yenidən başlayaraq ermənilər yarımçıq qalan cinayət əməllərini davam etdirdilər. Bu, Azərbaycan xalqına qarşı edilən yeni bir vəhşilik idi. Düşünülmüş şəkildə ermənilərin törətdikləri etnik təmizləmə ardıcıl şəkildə tarix boyu davam etmişdir. Təəssüflər olsun ki, biz tarixin müxtəlif mərhələlərində belə hadisələri dərindən dərk etməmiş və xalqımıza edilən haqsızlıqlara qarşı öz səsimizi vaxtında və qədərincə qaldırmamışıq. Məhz bunların nəticəsində 1988-ci ildə erməni daşnak ünsürləri öz rəhbərlərinin tapşırığını yerinə yetirərək xalqımıza qarşı təcavüz etdilər. Öz yurdlarından zorla qısa müddətdə çıxarıldılar. Ermənistan adlanan ərazinin çox hissəsi azərbaycanlıların əsrlərlə yaşadıqları doğma diyar olmuşdur. Bu, ərazidə yaşayan azərbaycanlıların tədricən çıxarılmasına və 1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzünün başlanmasına gətirib çıxardı. 1988-ci il soyqırımı nəticəsində Zəngibasar rayonun azərbaycanlı kəndlərindən olan 29 nəfər həlak oldu və xeyli insan şikəst olaraq ömürlük xəstəyə çevrildi. Erməni vəhşilərinin Azərbaycana qarşı törətdikləri bu soyqırım siyasəti heç bir yerdə deyilmədi və səsimiz eşidilmədi. Bütün bu fəlakətlər o zamankı Azərbaycan rəhbərlərinin qorxaqlığı öz vəzifələrindən möhkəm yapışmaları nəticəsində baş verdi. Birinci Qarabağ müharibəsi zamanı bir milyondan çox insan öz yurdundan didərgin salınıb, 50 mindən çox adam əlil olub, 877 şəhər, kənd qarət edilib dağıdılıb.

1992-ci il fevralın 26-da erməni daşnak hərbi birləşmələri ilə birlikdə rus 366-cı motatıcı alayı əsgərləri tərəfindən Xocalı soyqırımı nəticəsində bütün şəhər yerlə-yeksan edilib, 613 dinc azərbaycanlı, o cümlədən,106 qadın, 83 azyaşlı uşaq, 70 qoca öldürülüb, 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olub. 1275 nəfər əsir götürülüb, 8 ailə bütövlüklə məhv edilib, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılıb, başlarının dərisi soyulub, gözləri çıxarılıb, başları kəsilib, hamilə qadınların qarınları süngü ilə deşilib.

Bir sözlə, erməni vəhşiliyi dünya üçün təhdiddir. Təbii ki, bəşəriyyətin bu terrorçu dövlət funksiyasını yerinə yetirən quruluşdan xilas olmağa calışmaması təəccüb doğurur. Deməli, dünyanın aparıcı gücləri erməni terrorundan öz siyasi və hərbi məqsədləri üçün istifadə etməyə çalışırlar. Ancaq anlamırlar ki, bir gün erməni terroru onların özlərinə qarşıda çevrilə bilər.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə