Masallı rayonunda şəhid Nicat Əbilovun anım tədbiri keçirilib FOTOLAR

Masallı rayonunda 1-ci Qarabağ müharibəsi şəhidi Nicat Əbilovun anım tədbiri keçirilib.Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, ərazi partiya təşkilat sədrləri,YAP Masallı rayon təşkilatının əməkdaşları və fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev şəhid Nicat Əbilovun 1-ci Qarabağ müharibəsində düşmən üzərində göstərdiyi tarixi qəhrəmanlıqdan onun keçdiyi şərəfli döyüş yolundan bəhs etdi. Onun xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulayıb və qeyd edib ki, Vətənin cəsur oğulları, bu gün sizin ruhunuz şaddır! Çünki, hər qarışı üçün şərəflə mübarizə apardığınız Vətən torpaqları artıq işğaldan azaddır!

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə