19 May bütün Türk dünyasında xüsusi qeyd olunur - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“19 May 1919-cü il Türkiyə Cümhuriyyətinin təməlinin atıldığı gündür. Bu gün böyük öndər Mustafa Kamal Atatürkün silah yoldaşları ilə birgə Samsuna getdiyi və orada Türkiyənin İstiqlal mücadiləsinin başladığı gündür”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Onun sözlərinə görə, məhz Türkiyə Cümhuriyyəti və Türkiyə Silahlı Qüvvətlərinin zəfəri Cümhuriyyətin qurulması ilə bağlıdır: “Türkiyə dövləti bu günü Atatürkü anma günü və gənclər, idman bayramı günü kimi qeyd edir. Mustafa Kamal Atatürk özü də bu günə çox önəm verirdi. Türkiyə Cümhuriyyəti bu günə həddindən artıq diqqət göstərir. Türkiyənin dörd bir yanında bu gün xüsusi olaraq qeyd edilir və bayram tədbirləri təşkil olunur. Ankarada qazi Mustafa Kamal Atatürkün məzarı ziyarət olunur. Bu günləri Azərbaycanın Türkiyədəki nümayəndə heyəti Azərbaycan qaziləri ilə Türkiyə qaziləri Atatürkün məzarını ziyarət edəcək. Atatürk Azərbaycanın hər zamn sevincini və kədərini özünkü bilib. Ulu öndər Heydər Əliyev Atatürkün fəaliyyətinə hər zaman böyük diqqət verərək, onun adına Bakıda mərkəz yaratmışdı. Həmçinin cənab Prezident İlham Əliyev Bakıda Atatürkün heykəlini ucaldıb və Türkiyə Prezident Rəcəb Tayyb Ərdoğanla birgə heykəlin açılışını edib. Azərbaycan və Türkiyə qardaşlığı əbədidir. Bu əlaqələr zaman geçdikcə daha da genişlənərək güclü bir hal almağa başlayıb”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə