Qarabağ məsələsində inqilabı ölkə başçısı etdi - SİYASİ EKSPERT AÇIQLADI

“Ermənistanda etirazların bu qədər uzun sürməsi ondan xəbər verir ki, müəyyən qüvvələr bu ölkədə qeyri-sabitliyin uzun sürməsində maraqlıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.


Onun sözlərinə görə, çünki bu hal görüntü baxımından qeyri-sabit ölkə olan Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına və sülh prosesinə mane olur: “Belə görünür ki, Paşinyan da xarici və daxili təzyiqlər qarşısında sülh prosesində qətiyyətli addım ata bilmir. Digər tərəfdən bu ona prosesi uzatmaq üçün bir bəhanə də sayıla bilər. Lakin Ermənistan daxilində Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarı olan qüvvələr də vardır. Hesab edirəm ki, Paşinyan məhz bu qüvvələrlə fəal işləməlidir. Paşinyan 2019-cu ildə keçirilən Münhen Təhlükəsizlik Forumunda Prezident İlham Əliyevlə debatda belə bir fikir söyləmişdir ki, o Ermənistanda inqilab etdiyi kimi Qarabağ məsələsində də inqilab eləmək istəyir. Lakin bu boş sözdən başqa bir şey deyildi. Tarix göstərdi ki, Qarabağ məsələsində inqilabı ölkə başçısı İlham Əliyev etdi. İndi Paşinyanın üzərinə öhdəlik düşür ki, bu sahədə öz ölkəsi daxilində və cəmiyyətində inqilab edərək Ermənistanın Azərbaycan və Türkiyə ilə normal münasibətlərinin yaranmasına nail olsun”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...