Rusiya-Ukrayna müharibəsi bu tarixə kimi davam edəcək - POLİTOLOQ AÇIQLADI

“Rusiya-Ukrayna müharibəsinin 2023-cü ilin əvvəlinə qədər aktiv fazası olacaq. 2023-cu ildən isə artıq yavaş-yavaş iki ölkə arasında müəyyən anlaşmaların olacağını düşünürəm”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, silahlar dayansa belə, məhkəmə iddialar, təzminatlar və eyni zamanda iki ölkə və xalq arasındakı soyuqluq münasibətinin yaxın 5-10 il ərzində davamlı olacağını fikirləşirəm: “Bu baxımdan Rusiya-Ukrayna müharibəsinin və bu müharibənin törətdiyi siyasi-iqtisadi nəticələrin yaxın zamanda yekunlaşacağı ilə bağlı yekun proqnozlara qətiyyən qatılmıram.

Digər bir tərəfdən Rusiya-Ukrayna müharibəsinin həm bizim regiona, həm də bütövlükdə dünyaya böyük təsirləri var. Artıq G7 ölkələri savaş nəticəsində buğda və taxıl böhranının yaranacağı ilə bağlı həyəcan təbili çalırlar. Rusiya və Ukrayna təkcə regionda deyil, qlobal məkanda da bir sıra önəmli istehsal məhsullarının önəmli ixracatçılarından biridir. Ona görə də özəliklə bu məhsulların bir çoxu da həyat üçün zəruri və vacib olduğuna görə bu savaş nəticəsində yaranan böhran bütövlükdə qlobal nizamda böyük bir problemlərə səbəb olacaq. Bu baxımdan da bu müharibənin yekunlaşmasında bütün dünya dövlətləri maraqlı olmalıdır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə