Ermənilər bütün proseslərə mane olmaq istəyir - POLİTOLOQ AÇIQLADI

Ermənilər bütün proseslərə mane olmaq istəyir - POLİTOLOQ AÇIQLADI

“Ermənistanda revanşist qruplar İrəvanın əsas küçə və prospektlərində mitinqlər həyata keçirir və eyni zamanda Azərbaycan sərhədində mövqeylərimizi atəşə tuturlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Brüssel sülh gündəliyinə uyğun olaraq danışıqlar həyata keçirilir və Ermənistanla-Azərbaycan arasında sərhədlərin dermitasiyası, bölgədəki nəqliyyat, kommunikasiya əlaqələrinin bərpası, eləcə də sülh müqaviləsinin imzalanması ilə bağlı genişmiqyaslı bir proses keçirilir: “Lakin Ermənistan bu prosesə mənfi təsir göstərmək istiqamətində fəaliyyət göstərir. Həmçinin bu hadisələrdə kənar güclərində təsiri istisna deyil. Bu baxımdan Ermənistan həm də hərbi-siyasi təxribatlar yolu ilə regiondakı müsbət proseslərə kölgə salmağa çalışır. Bütün bu proseslər mənfi təsir göstərmək istiqamətində edilən təşəbbüslər bir nəticə verməyəcək. Çünki Azərbaycanın siyasi iradəsi və qətiyyəti sayəsində ortaya qoyulan bütün hədəflərə çatmaq prioritet məsələ təşkil edir. Sərhəd də atəşkəsin pozulması və Ermənistandakı daxili narazılıqların siyasi proseslərə daşınması da göz önündədir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, sülhə mənfi təsir göstərən bütün amillər aradan qaldırılmalıdır. 5 mart baza prinsipi əsasında irəli sürülən təklif Ermənistan tərəfindən qəbul edilib. Bu təkliflər əsasında sülh müqaviləsi hazırlanmaqdadır. Lakin Ermənistan tərəfi də 6 maddəlik təklif irəli sürüb. Burada bizim maraqlarımıza cavab verməyən bəzi detallar var. Xüsusi ilə qeyd etmək istərdim ki, Azərbaycan ərazisində yaşayan Ermənilərin hüquqları və imtiyazları Azərbaycanın daxili işidir. Bu məsələni siyasi gündəliyə qaldırmaq və müqayisələndirmək tamamilə yolverilməzdir. Siyasi gündəlikdə əsasən daha problematik məsələlər müzakirə olunur. Azərbaycan multikultur və tolerant ölkədir. Buna görə də Azərbaycan ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşlığını almalıdır. Onların bütün hüquqları digər etnik azlıqlar kimi qorunacaqdır. Bu Azərbaycanın uzun müddət ərzində irəli sürdüyü bir tələbdir və bu yeni geosiyasi realıqlar kontekstində həm də realışdırmalı bir məsələdir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə