“Azərbaycan Hava Yolları” Müşahidə Şurasının tərkibində dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2555 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam verib.

Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2555 nömrəli Sərəncamının birinci hissəsində hər iki halda “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə, “Zaur Qurbanov” sözləri “Anar Novruzov” sözləri ilə əvəz olunsun və həmin hissəyə “iqtisadiyyat nazirinin” sözlərindən sonra “birinci” sözü əlavə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...