Ağcabədidə səyyar qəbul keçirilib FOTOLAR

Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri rayonun Qiyamadınlı kəndində növbəti səyyar qəbul keçiriblər. Qəbulda İcra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, Qiyamadınlı kənd icra nümayəndəliyinin və Qiyamadınlı bələdiyyəsinin işçiləri, YAP üzvləri, ağsaqqallar, gənclər, ərazidə fəaliyyət göstərən qurumların rəhbərləri, torpaq mülkiyyətçiləri və kənd sakinləri, həmçinin rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov iqtidar-ordu xalq birliyinin nəticəsində əldə edilən qələbədən və erməni işğalından azad ərazilərdə görülən yenidənqurma və quruculuq işlərindən söhbət açmış, kənd sakinləri tərəfindən səsləndirilən problem və iradların bəzilərinin yerindəcə həll edilməsi üçün tapşırıq vermiş, zamana ehtiyacı olan problemlərin aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə göstəriş verib. Qəbul iştirakçıları qaldırılan məsələlərin həlli istiqamətində yerlərdə səyyar qəbulların keçirilməsini müsbət dəyərləndirdilər və bu şəraitin yaradılması üçün ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...