QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA TƏTBİQ EDİLƏN MÜASİR İDARƏETMƏ MODELİ ŞƏRH
4 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Vahid Rasim oğlu Hacıyev Zəngilan rayonuna xüsusi nümayəndə kimi təyin edildi. Yeni idarəetmə modeli olan Prezidentin xüsusi nümayəndəlikləri ilə bağlı Fərmanı 4 fevral 2021-ci ildə ölkə başçısı təsdiq etmişdir. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızda bərpa və yenidənqurma işlərinə başlanıldı. İlk dəfə xüsusi nümayəndəlik Şuşa şəhərinə, daha sonra isə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri təyin edildi.
Prezident İlham Əliyev 29 aprel 2022-ci ildə ADA universitetində keçirilən beynəlxalq konfransda çıxış edərək bildirdi ki, “işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən xüsusi nümayəndəlik institutu yeni regional idarəçilik modelidir və əgər sınaqdan uğurla çıxarsa, Azərbaycanın digər ərazilərində də tətbiq ediləcək”. Qarabağ və Şərqi Zəngəzurda müasir idarəetmə modelinin uğurlu tətbiqi bütün Azəraycanın regionlarının da uğurlu inkişafına vasitəçi olacaqdır. Müvafiq ərazi üzrə əhalinin yaşayış yerlərinə qayıtması və məskunlaşması üzün zəruri təhlükəsizlik, iqtisadi, sosial, kommunal və digər tədbirlər planları layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq olunmuş planların icrasına, ərazidə tarix və mədəniyyət abidələrinin ilkin invertarlaşdırılmasına və mühafizəsinə nəzarət etmək, Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi qərarların dövlət orqanları tərəfindən müvafiq ərazidə həyata keçirilməsi vəziyyətini qiymətləndirmək və bununla bağlı aidiyyəti üzrə məlumat vermək və s. xüsusi nümayəndəliklərin vəzifə və hüquqlarıdır.
İşğaldan azad edilmiş Zəngilan rayonu Şərqi Zəngəzurda strateji əhəmiyyətinə görə xüsusi seçilir. Strateji əhəmiyyət daşıyan Zəngilan həm Ermənistanla, həm də İranla həmsərhəddə olan rayondur. Zəngəzur dəhlizinin üzərində yerləşən Zəngilan beynəlxalq nəqliyyat və tranzit qovşağı olmağa iddialıdır. Ağbənd dəmir yolu stansiyası bu layihənin reallaşmasına xidmət edir. Azərbaycanla İran hökuməti arasında olan razılığa əsasən Araz çayı üzərində yeni dəmiryolu və avtomobil körpüləri tikiləcək. Hal-hazırda inşası davam edən Zəngilan beynəlxalq hava limanının tikintisinin bu il tamamlanması gözlənilir. Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. İstər dəmir yolu xətti, istərsə də yeni avtomobil yolları və hava limanının tikintisi Zəngilanı mühüm bir əraziyə çevirməklə yanaşı rayonun sosial-iqtisadi inkişafına da ciddi töhfə verəcək. Daha sonra onu da qeyd etməliyəm ki, Zəngilan rayonunda inşa edilən “Ağıllı kənd” layihəsinin istifadəyə verilməsi ilə bu il məcburi köçkünlər məskunlaşacaqlar. Zəngilanda qızıl yataqlarının, o cümlədən təbii ehtiyatların olması yeni iş yerlərinin açılmasına şərait yaradacaqdır. Bu da iqtisadiyyatın inkişafına böyük töhfədir.
Nigar İMAMƏLİYEVA
YAP Yasamal rayon AMEA Folklor İnstitutu ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB