"9 may bizim faşizm üzərində qələbə çaldığımız gündür. Bəzilərinin fikirlərinə görə bu günün bizə adiyyatı yoxdur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, lakin bu doğru deyil: "Yaddan çıxartmayaq ki, Azərbaycan 600 000 nəfərini İkinci Dünya müharibəsinə göndərib. O vaxtı vahid dövlət olan Sovet İttifaqının tərkibində vuruşaraq onların 300 000 nəfəri həlak olub. Nəzərə alsaq ki, o zamanlar Azərbaycanın 3 milyon əhalisi var idi. Bu da o deməkdir ki, həmin hadisələr zamanı əhalinin 10 faizi itirilmişdir. Azərbaycanın payı bu qələbədə çoxdur. Ona görə də qələbə bizim üçün də qələbədir. Həmin hadisələr zamanı yanacağın 70 faizini Azərbaycan verirdi. Hər bir tankın atışında və təyyarənin uçuşunda bizim böyük payımız var idi. Ön cəbhədəki fədakarlıqlarımızla yanaşı arxa cəbhədə də əlimizdən gələni edirdik. Lakin bütün bunlara baxmayaraq bizə hər zaman laqeyid mövqe nümayiş olunub. Məhz bunun nəticəsində bizim cəmi 47 nəfərimizə "Milli Qəhrəman" adı verdilər. Lakin qonşu dövlətlərdən olan 100 nəfərdən artıq adama "Milli Qəhrəman" adı verilmişdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB