Bu, Ermənistanda aksiyaların genişmiqyaslı olacağını göstərmir - POLİTOLOQ AÇIQLADI
"6 aprel 2022-ci il ytarixində baş tutmuş Brüssel görüşü, 19 aprel tarixində Paşinyanın Rusiyaya səfəri, bu səfər çərçivəsində aparılan danışıqlar, verilən bəyanatlar, Paşinyanın Rusiyanın yaxın vaxtda sülhün əldə olunmasını istəmədiyi barədə verdiyi açıqlama Ermənistanda baş verən proseslərin haradan qaynaqlandığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diolomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, bu gün həmin aksiyaların keçirilməsinə və hansı qüvvələrin bu məsələdəki fəallığına fikir versək, məsələ bizim üçün aydın olar: "Ermənistanda Rusiyaya bağlı bəzi dairələr, qüvvələr var ki, onlar getdikcə fəallaşmağa çalışırlar. Aksiyaların miqyasına baxsaq, görərik ki, bu aksiyalar İrəvandan kənara çıxa bilmir. Bu da onu göstərir ki, deməli keçirilən aksiyalar ümumi əhalini maraqlandıran aksiyalardan hesab edilmir. Əsasən rus meyilli qüvvələrin maraq göstərdiyi aksiyalardır. Bu isə mahiyyət etibarilə uzunmüddətli aksiyaların olacağını göstərmir. Aksiyaların və ya mitinqləri İrəvan ərazisində dövr etməsi onu göstərir ki, deməli bu, heç də xalq mitinqi hesab edilmir. Təbii ki, Rusiyanın buna təsiri var. Bu gün Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatlar, rus “sülhməramlılar”ının yerləşdiyi ərazidə baş verən proseslər və atəşkəsin tez-tez pozulması onu göstərir ki, sülhün əldə edilməsi Rusiya üçün maraqlı hesab edilmir. Ona görə də düşünürəm ki, Ermənistanda baş verən aksiyaların arxasında məhz rus meyilli qüvvələrin dayandığını demək olar. Bu isə aksiyaların uzunmüddətli və yaxud da genişmiqyaslı olacağını göstərmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB