Ağdaşda Ulu Öndərin doğum günü münasibətilə konfrans keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyasının banisi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə YAP Ağdaş rayon təşkilatının təşkilatçılığı ilə Ağdaş Peşə məktəbində “Heydər Əliyev və Azərbaycanda Peşə təhsilinin inkişafı” mövzusunda konfrans keçirilmişdir. Konfransı Ağdaş Peşə məktəbi ərazi partiya təşkilatının sədri Sevinc Həmidova açmışdır. Dövlət himni səsləndirilmiş, Ulu öndərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı İsa Eminov dahi şəxsiyyət Heydər Əliyevin həyat və faəliyyəti haqqında məlumat verərək “Heydər Əliyev və Azərbaycanda Peşə təhsilinin inkişafı” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, texniki peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri hesab olunur. Azərbaycanda Peşə təhsilinin inkişafının yüksəliş dövrü Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir və həmin dövrdə texniki peşə təhsili sistemi sürətlə inkişaf etməyə başlamışdır. Məhz Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə texniki peşə təhsilinin təkmilləşdirilməsinə, inkişafına dair strategiya hazırlanmış və uğurla həyata keçirilmişdir. Heydər Əliyev peşə təhsilinin inkişafını çox əhəmiyyətli hesab edərək, hələ o dövrdə hər hansı bir iri müəssisənin istifadəyə verilməsindən öncə, həmin müəssisə üçün ixtisaslı işçi qüvvəsi hazırlaya bilən texniki peşə məktəbinin yaradılmasına önəm verirdi. Bundan əlavə, 1969-cu ildən başlayaraq respublikada fəaliyyət göstərən texniki peşə məktəblərində peşə təhsili ilə yanaşı, orta təhsil almaq imkanı da yaradılmışdır.
Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə ölkəmizdə başlanan təhsil islahatları bu gün sürətlə həyata keçirilməkdədir. Milli təhsil sisteminin tərkib hissəsi olan Peşə təhsili sahəsində başlanan islahatın da nəticələri artıq öz bəhrələrini verməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə peşə təhsili pilləsinin inkişafı əsas prioritetə çevrilib və insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkə başçısı cənab İlham Əliyevin 3 iyul 2007-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" imzalanmışdır. Ölkə başçısının fərman və sərəncamları ilə 2016-cı ildə Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təsdiq edilməsi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, 2018-ci ildə Peşə Təhsili haqqında Qanunun təsis edilməsi, elə həmin ildə Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması dövlətin Peşə təhsili və təliminə diqqət və qayğısının bariz nümunəsi olduğu məruzədə qeyd olunmuşdur.
Konfransda məruzə ətrafında çıxış edənlər - YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Emil Əzizov, Ağdaş Peşə məktəbinin direktoru Elmar Rəşidli, Ağdaş Peşə məktəbi ərazi partiya təşkilatının fəalları Zülfiyyə Soltanova və Xəyalə Rüstəmova ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz tarixi şəxsiyyət olduğu, müstəstəlliyimizin ilk illərində dövləti və xalqı məhv olmaq təhlükəsindən xilas etməsi, eyni zamanda Azərbaycan təhsilinin inkişafı naminə gördüyü misilsiz işlərdən söz açdılar. Ağdaş Peşə məktəbinin tələbəsi Zərifə Əzizova Ümummilli lider Heydər Əliyevə həsr olunan “Ulu öndər” şerini səsləndirdi.
Zümrüd
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB