Rusiya müharibəni başkadarkən 2 plan ortaya qoymuşdu - POLİTOLOQ AÇIQLADI

Rusiya müharibəni başkadarkən 2 plan ortaya qoymuşdu - POLİTOLOQ AÇIQLADI

"Rusiya ilə Ukrayna arasında savaşın 1-ci mərhələsi geridə qaldı. Moskva müharibəyə başlayarkən iddia etdiyi və gözlədiyi nəticələri əldə etmədi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Rusiyanın əsas məğlubiyyəti isə Ukrayna xalqının birliyində oldu: "Rus qoşunları Ukrayanın sərhəd boyu şərq ərazilərində yalnız möhkəmlənə bildi. Əsas planlarına daxil olan Mariopol hələ də işğal edilə bilməyib. Azovstal uğrunda mübarizə uğurla aparılmayıb. Rusiya müharibəni başkadarkən 2 plan ortaya qoymuşdu. A plan sadəcə şərq ərazilərinin işğalı, Krıma su yolunun təmin olunması, Ukraynanın Qara dənizlə əlaqəsinin tamamilə kəsilməsi; B planı isə paytaxt Kiyevin mühasirəyə alınması, hakimiyyət dəyişikliyi edilərək Qərb cəbhəsinin masaya əyləşdirilməsi və işğal edilmiş bölgələrin tanınmasının təmin edilməsi idi. Əslində bu planların demək olar ki, heç biri həyata keçirilə bilmədi. 9 May tarixi ilə bağlı səslənən proqnozlar da praktikada heçnə baş tutmadığı üçün sözdə "gövdə göstərişi"di, psixoloji təzyiqdi. Müharibənin lokal xarakterdə xeyli müddət uzanacağını düşünürəm. Bu şəkildə uzanma və Rusiyanın sanskiyalara məruz qalması Qərbin də maraqlarına uyğun olduğu üçün Ukraynanın öldürücü zərbə vurması üçün deyil, sadəcə Rusiyanın irəliləməsinin qarşısının alınması üçün yardımlar davam etdiriləcək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə