Azərbaycan sülhə, gələcəyə, inteqrasiyaya yönündə mühüm fəaliyyət nümayiş etdirilir ŞƏRH
Azərbaycan xalqı bütün çətinliklərə rəğmən öz qətiyyətli Lideri, Prezidenti cənab İlham Əliyevlə qarşıda dayanan hər bir səddi inamla, zəfər və qələbələr ilə aşmağı bacarıb və bu reallıqlar davamlı olaraq qiymətləndirilir!
Azərbaycanda “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi çox əlamətdar və mühüm hadisədir. Həm bu minvalla Azərbaycanın tarixi şəhəri Şuşa beynəlxalq tədbirlərin mərkəzinə çevrilir, həm də Azərbaycan sülhün nəinki öz ərazilərində təmin edilməsi, bütün regionda bərqərar olunmasında marağını göstərir. Eyni zamanda, bu tədbirin Bakı ilə yanaşı, Şuşada keçirilməsi təşəbbüsü keçən il keçirilən eyni adlı tədbirdə təklif edilib və Prezident İlham Əliyev tərəfindən dəstəklənib. Forumda dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin, bölgə ilə yaxından maraqlanan xarici ekspertlərinin iştirakı tədbirin beynəlxalq əhəmiyyətinin göstəricisidir. O bildirib ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu. Yaşadığımız bölgə yerləşdiyi coğrafi mövqeyə görə hər zaman dünya güclərinin maraqlar toqquşmasına tuş gəlib.
Dövlət başçımız çıxışı əsnasında vurğulayıb ki, beynəlxalq güclər hər zaman regionun zəif ölkələrini təsir altında saxlamağa çalışıblar. Bu baxımdan, Cənubi Qafqazda sülh hər zaman kövrək olub. Lakin Azərbaycan xalqı bütün çətinliklərə rəğmən öz qətiyyətli Lideri, Prezidenti İlham Əliyevlə qarşıda dayanan hər bir səddi inamla, zəfər və qələbələr ilə aşmağı bacarıb.
Tarixi torpaqlarımızda yaradıldığına görə qonşumuz olan Ermənistanın sülhün bu regionda mütəmadi pozulmasında müstəsna rolu vardır. Ermənistanın Azərbaycanın torpaqlarını otuz ilə yaxın işğal altında saxlaması Cənubi Qafqazda sülhə ən böyük mane olmaqla, regionun vacib mövqeyindən səmərəli istifadəni məhdudlaşdırmışdı.
O cümlədən, qeyd edə bilərik ki, sülhün təmin olunması, ədalətin bərpası üçün ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyəti də bir nəticə verməmişdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz tam çəkilməsini tələb edən dörd qətnaməsinin olmasına baxmayaraq, regionda sülh təmin edilməmişdi. Azərbaycan münaqişənin həll olunması, sülhün yaranması üçün otuz il səbir nümayiş etdirdi. Əlbəttə, bu, strateji yanaşma, siyasi şəraitin formalaşdırılması idi. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə region yeni mərhələyə daxil olub və Azərbaycan indi gələcəyə fokuslanıb, əməkdaşlıq və inkişaf naminə yeni səhifə açmağa hazırdır.
İşğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələr, bərpa və quruculuq işləri davam etdirilir. Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəkilində təqdim olunur. Həmçinin, Azərbaycanın sülhə, gələcəyə, inteqrasiyaya olan inamını göstərən işlər də nümayiş etdirilir. Belə ki, ötən il təşkil olunan tədbirdən keçən bu müddət ərzində Azərbaycan Cənubi Qafqazda sülhün təmin edilməsi üçün region ölkələri və beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib. Ölkəmiz sülhün və inkişafın təmini üçün konkret layihə və proqramlarla çıxış edib. Son zamanlar Avropa İttifaqının regionda sülhün təmin olunması üçün atdığı addımlar Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə beynəlxalq dəstəkdir.
Beləliklə, Qərbi və Şərqi birləşdirən, mühüm və strateji kommunikasiya yollarının keçdiyi Cənubi Qafqazda sülhün təmin olunması, regionun artan iqtisadi və kommunikasiya imkanlarından bərabər şəkildə maksimum istifadəsi Azərbaycan dövlətinin siyasətini təşkil edən vacib amillərdən və məqsədlərdən biridir.

Məşhur MƏMMƏDOV,
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB