Bu həm də bizim siyasi xəttimizdir - SABİQ DEPUTAT AÇIQLADI

Bu həm də bizim siyasi xəttimizdir - SABİQ DEPUTAT AÇIQLADI

"Bu gün ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir. Bu konfrans Cənubi Qafqazın inkişafına, eyni zamanda Cənubi Qafqazda yaşayan xalqlarla əməkdaşlığa həsr olunmuş beynəlxalq bir konfransdır". Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin də təbii ki, belə bir mötəbər tədbirdə iştirak etməsi gözlənilən idi və arzuolunan idi: "Cənab Prezident bu konfransda iştirakı ilə bir daha onu sübut etmək istəyir ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhə, əmin-amanlığa, inkişafa hə deyir və nəinki öz qonşuları ilə eynilə Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətlərini və əlaqələrini qurmağa hazırdır. Bu həm də bizim siyasi xəttimizdir. Konfransda ölkə başçısının iştirak etməsi və fikirlərin səsləndirməsi Azərbaycan dövlətinin və cənab Prezidentin siyasi kursunu digər dövlətlərə göstərmiş olur. Dövlət başçısı İlham Əliyev bir sıra mühüm məsələlərə toxunmuşdur. Konfransda ölkə başçısı “Şuşa bəyannaməsi Türkiyə ilə qardaşlığımızın bariz nümunəsidir” ifadəsini işlətmişdir. Bu fikri cənab Prezident dəfələrlə səsləndirmişdir. Düşünürəm ki, sözün əsl mənasında Şuşa bəyannamaməsi və bizim müttəfiqlik bəyannaməsi adlandırdığımız bu sənəd ən ali sənəddir. Türkiyə ilə Azərbaycan arasında qardaşlığımızın, əməkdaşlığımızın sübutu olan bir sənəddir. Bu sənəd bir daha dünyaya bəyan edir ki, Azərbaycan və Türkiyə ayrılmaz, qardaş bir respublikadır. Bizi də birləşdirən 15 iyun Şuşa bəyannaməsidir. Bu ifadələr həm də Azərbaycan dövlətinin, xalqının düşmənlərinə bir çağırışdır ki, Azərbaycan tək deyil, onun Türkiyə kimi müttəfiqi var. Türkiyə hər an yanınızdadır və bizim münasibətlərimizi heç kəs, heç bir dövlət poza bilməz. Əgər digər dövlətlərdən bir təhdid və ya xoşagəlməz hərəkət olarsa bu iki dövlət hər zaman bir-birinin arxasındadır. Ölkə başçısı həm də bu mesajı konfrans vasitəsilə bütün dünyaya çatdırmış oldu".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə