Ermənistan təxribatçı əməllərindən nə zaman əl çəkəcək? - POLİTOLOQ AÇIQLADI
“3-cü tərəflərin məsələni daima gərginləşdirməsi Ermənistanın cəbhə bölgəsində təxribat törətməyinə səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın sülh və etimaddan danışdığı bir şəraitdə Ermənistanın sərhədə diversant göndərməsi təkcə bizə qarşı yönəlmiş bir addım deyil: “Bu həm də 10 noyabr və Soçi bəyənatının 3-cü tərəfini təmsil edən, Rusiyanı və Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılmasına xüsusi maraq göstərən Avropa İttifaqına da yönəlmiş bir addımdır. Bundan sonra regionda baş verəcək istənilən gərginlik və qarşıdurma halının davam etməsi sülh prosesinin zədələnməsi ilə nəticələnəcək. Həmçinin bu günə kimi gərgin vəziyyətdə olan Cənubi Qafqazdakı ictimai-siyasi mühitin daha da gərginləşməsinə səbəb olacaq. Buna görə də Ermənistan sərhəddə diversiya və təxribat əməllərindən əl çəkməlidir. Diversiya məsələlərində Ermənistan hakimiyyətinin ortaya qoyduğu mövqeyə görə beynəlxalq qurumlar onlarla daha kəskin və sərt danışmalıdır. Əks təqdirdə digər tərəflərində regiondakı gərginliydə maraqlı olduğları ortaya çıxmış olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB