Ermənilər dünyanın diqqətini cəlb etməyə çalışırlar - POLİTOLOQ AÇIQLADI

Ermənilər dünyanın diqqətini cəlb etməyə çalışırlar - POLİTOLOQ AÇIQLADI

“Demək olar ki, mütəmadi olaraq hər il erməni lobbisinin dəstəyi ilə dünyanın fərqli ölkələrində təxribat xarakterli tədbirlər həyata keçirilir və xüsusi canfəşanlıq nümayiş etdirilir. Burada əsas məqsəd dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ayrən Qurbanova deyib.

Onun sözlərinə görə, hədəf olaraq da təbii ki, türk dünyası və türk milləti göstərilir. Türk milləti dünya dövlətlərinə qarşı soyqırım törədən, beynəlxalq hüquqa zidd addımlar atan, xalqların hüquq və azadlıqlarına hörmət etməyən bir millət olaraq təqdim edilməyə çalışılır. Bunun heç bir hüquqi bazası və yaxud hər hansı bir tarixi faktı yoxdur. Bunun ən bariz nümunəsi bu günə qədər olan bütün danışıqlarda, Türkiyə Cümhuriyyətinin rəsmi olaraq bəyanatlarında olduğu kimi arxivlərin açılması ilə bağlı ümumi komissiyanın yaradılması, ümumilikdə tarixdə baş vermiş hadisələrin araşdırılması ilə bağlı ortaq mövqeyin nümayiş etdirilməsini təqdim edir. Ermənistan tərəfi heç bir halda bu təklifi qəbul etmir. Bu da onun göstəricisidir ki, tarixi faktı olmayan heç bir iddianı arqumentlərlə əsaslandıra bilməyən, xəstəlikli, xəyalpərəst düşüncənin məhsuludur.

Gələcək perspektivdə də ümumilikdə türk dünyasına qarşı olan iddiaları, ittihamları əsaslandırmaq üçün 24 apreli təxribat xarakterli tədbirlərin keçirilməsi tarixi kimi saxlayacaqlarını və davamlı olaraq belə bir tədbirləri təşviq edəcəklərini düşünürəm. Amma bunun heç bir nəticəsi olmayacaq. Düzdür, erməni propaqandalarının təsirləri altında bəzi dövlətlər tərəfindən adekvat addımlar atıla bilib. Bu heç bir halda beynəlxalq hüquqa əsaslanan addımlar deyil. Ona görə də 24 aprel tarixinin hər il qondarma erməni soyqırımının ildönümü olaraq qeyd olunması erməni propaqandasının və erməni xəyalpərəst düşüncəsinin bir məhsuludur. Onlar dünya ictimaiyyətinin diqqətini cəlb etməyə çalışırlar. Bununla bağlı davamlı cəhdlərə erməni lobbisinin dəstəyi ilə davam etməyə çalışırlar”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə