AĞSTAFA RAYONUNDA ŞƏHİD NATİQ ŞIXMƏMMƏDOVUN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB FOTOLAR

AĞSTAFA RAYONUNDA ŞƏHİD NATİQ ŞIXMƏMMƏDOVUN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB FOTOLAR

20 aprel 2022-ci il tarixdə ağstafalı Vətən müharibəsi şəhidi Şıxməmmədov Natiq Zakir oğlunun doğum günü münasibətilə Dağ Kəsəmən kənd qəbiristanlığında məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman İdarəsinin, “Ağstafa Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları, Ərazi Partiya Təşkilatlarının fəalları, həmçinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra tədbir iştirakçıları şəhid Natiq Şıxməmmədovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə