Politoloq Qabil Hüseynlinin SİA-ya verdiyi müsahibəni təqdim edirik:
Nikol Paşinyanın Rusiyaya səfəri olmuşdur. Bu səfərdən gözləntilər nələrdir?
- Çox təəssüflər olsun ki, bölgədə sülh yaratmaq prosesi yenicə relsə oturub. Artıq bir sıra məsələlərdə sülh yaratma prosesinə qarşı işçi qrupunun yaradılması, kommunikasiyaların açılmasına və digər məsələlərə işçi qruplarının yaradılması prosesinə təkan verilməli idi. Belə bir məsələdə Rusiya yenə öz fikirlərə uyğun olaraq addım atdı və təcili olaraq Paşinyanı Moskvaya dəvət etdi. Bu səfərdən heç nə gözləmirəm. Rusiya problemin həllinin Avropa Birliyindən keçməindən narahatdır. Rusiya bu bölgədə təsirinin zəifləməsindən daha çox narahatdır. Bu başqa cür də ola bilməz. Çünki Ermənistanın özü də, Azərbaycan da Avropa Birliyinin vəsitəçilik səylərini qəbul edir. Bu məsələdə Avropa Birliyi Rusiyaya nisbətən daha obyektivdir. Düşünürəm ki, Rusiya Brüsseldə əldə edilən sülh yaratma prosesinin pozmağa çalışacaq. Azərbaycan Prezidenti bu məsələdə kifayət qədər möhkəmdir. Rusiyanın mövqeyi onun mövqeyinə təsir edəcək gücdə deyil. Nikol Paşinyan Rusiyanın bu fikirlərinə qraşı mübarizə aparmalıdır.
Paşinyan səmimi fikirlər sərgiləyir, sülh sazişinin imzalanmasına, kommunikasiyaların açılmasına istəkli olduğunu bildirib. Sizcə bu səmimiyyətə inanmaq olarmı?
- Nikol Paşinyan bir çox müxtəlif mərhələlərdən keçib. Biz onun bir çox hallarının şahidi olmuşuq. Şuşaya gedərək orda yallı çəkdiyinin şahidi olmuşuq. Düşünürəm ki, Paşinyan hakimiyyətə gələndən sonra xeyli havanlanmışdı və Azərbaycanın onlara dərs verə biləcəyini ağıllarına belə gətirməmişdilər. 44 günlük müharibə başa çatdı. Azərbaycan müharibədə birmənalı qələbə çaldı. Proseslərin hamısı Azərbaycanın xeyirinə idi. Bölgədə yeni siyasi reallıqlar, yeni siyasi konfiqurasiya formalaşdır. Azərbaycan bölgənin lider dövləti kimi tanındı. Ermənistan siyasi rəhbərliyi bu məsəsləni tez həzm edə bilmədilər. Amm, zənnimcə, Ermənistan siyasi rəhbərliyi içərisində proseslərin reallığını qəbul edən və bu proseslərin inkişaf istiqamətlərini proqnozlaşdırmağı bacaran Nikol Paşinyan oldu. Son 10 gün ərzində Nikol Paşinyanın səsləndirdiyi fikirlərin doğru olduğunu düşünürəm. Paşinyan bildirib ki, Qarabağı əlimizdə saxlamaq imkanımız yoxdur. Qarabağ Azərbaycan konstitusiyasına uyğun tənzimlənməlidir. Biz Azərbaycanın ərazi bütövlüyünü tanımadan bölgədə sülh proseslərini tənzimləyə bilmərik.
Fərrux əməliyyatından sonra Azərbaycan Ordusunun Ağdərə yüksəkliklərində dislokasiya yerini dəyişməsi qarşı tərəfdə növbəti həyəcana səbəb olub. Silahlı Qüvvələrimizin postlarını dəyişməsi niyə kimlərinsə narahatlığına səbəb olmalıdır?
- Bunların hamsısının Moskvadan istiqamətləndirildiyini söyləmək olar. Ağdərə rayonunun əraziləri boşluq ərazilərdir. Həm düzənlik, həm də dağlıq ərazilərdən ibarət bir ərazidir. Azərbaycan Ordusu özünün dislokasiya sahələrini həmin istiqamətdə dəyişmişdir. Bu zaman nə rus sülhməramlıları ilə, nə də burada olan erməni qoşunları ilə qarşıdurmalar yaşanmamışdır. Torpaq bizimdir. Dünyanın müxtəlif beynəlxalq təşkilatları, eləcə də Rusiyanın özü Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma proses müəyyən bir mərhələyə çatanda Rusiyadan bu prosesə qarşı əngəllərin yaradıldığını görürük.
Brüssel görüşündən sonra Avropa İttifaqı Rusiyaya meydan oxuya bilərmi? Rusiyanı bu proseslərdən uzaqlaşdıra bilərmi?
- Rusiya artıq bir sıra beynəlxalq təşkilatlardan uzaqlaşdırılır. BMT-nin qaçqınlar kommisiyasından, ATƏT-dən uzaqlaşdırılıb. Həmçinin Rusiyanın G20, yəni sənaye sahəsinə görə inkişaf etmiş 20 dövlət sıralarından çıxarılması da gündəmdədir. Rusiya nı bütün beynəlxalq təşkilatlardan uzaqlaşdırıbonu təkləmək istəyirlər. Bəzi dövlətlər Rusiyaya yaltaqlanır, Rusiyanı müdafiə edir. Çin də həmin dövlətlərdəndir. Rusiya böyük bir dövləti viran qoydu, amma Ukrayna da lazımi cavabları verir və verməkdə də davam edir. Rusoya hal-hazırda dünya üçün bir nömrəli təhlükədir. Amerik da , Qərb dövlətləri də bunu belə qəbul edir.
Ermənistan tərəfi böyük sülh sazişinin imzalanmasının tərəfdarıdırlar. Anlayırlar ki, inkişafları məhz bu proseslərdən keçir. Sizcə sülh müqaviləsinin bağlanması prosesi necə izlənməlidir?
- Brüssel görüşündə bu məsələnin bütün aspektləri izah edildi və razılaşdırıldı. Böyük sülh müqavilənin hazırlanması üçün işmi qrupunun yaradılaması lazım idi. bu görüşdən sonra həyəta keçirilməli idi, amma Rusiya yenə buna mane oldu. Həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası məsəsləsində də işçi qrupu yaradılmalı idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB