Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz

Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz

Azərbaycanın qələbəyə doğru atılan addımlarının təməli ümummilli lideri, dünyaşöhrətli siyasətçi Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi rəhbərin siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində xalqımızın çoxəsrlik tarixinin şanlı səhifəsi yazıldı. Vətən müharibəsi təxminən 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Hər bir şəxs – yaşından, vəzifəsindən asılı olmayaraq “dəmir yumruq”da birləşərək düşmənə qarşı vuruşdu. Ziyalılarımızın, ictimai xadimlərimizın, hərbi ekspertlərin fikir və düşüncələri bizləri maarifləndirməklə yanaşı, mübarizə əzmimizi daha da artırırdı. Xalq-hakimiyyət birliyini nümayiş etdirən Azərbaycan xalqı Qarabağ uğrunda 44 günlük Vətən müharibəsində qalib gəldi. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Əminliklə - “Dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!” – deyən Ali Baş Komandan xalqı ilə bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

Təranə Quliyeva

YAP Xəzər rayon təşkilatı "A.İldırım 30B" ərazi partiya təşkilatının sədr müavini, Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin Şağan Reabilitasiya pansionatının baş həkimi

Bütün xəbərlər Facebook səhifəmizdə