Azərbaycanın inkişaf prespektivləri: yaranan yeni reallıqlar - ŞƏRH
Son 19 ildə müstəqil Azərbaycanda güclü dövlət idarəçiliyinin mövcudluğu dövlətimizin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi müasir dünyanın çağırışlarına cavab olaraq yeni dövrünü yaşayır. Regionun ən güclü və nüfuzlu dövlətinə çevrilən Azərbaycanın iştirakı olmadan regionda hansısa bir strateji layihənin reallaşdırılmaması əlbəttə ki, ölkəmizin gücünün göstəricisidir.
Dövlət başçısı tərəfindən həyata keçirilən siyasət Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqın rifahına, firavan yaşayışına və inkişafına hesablanıb. Əldə edilən uğurlar, nailiyyətlər Prezident İlham Əliyevin siyasətinə olan etimadı daha da gücləndirib. Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısı çıxışında cari ilin ötən üç ayı ərizində iqtisadi göstəricilərimizə nəzər salaraq birinci rübün yekunlarını diqqətə çatdırıb. Belə ki, ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox, sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir. Cənab Prezident xarici ticarət balansının da çox müsbət olduğunu bildirib və müsbət saldonun cəmi üç ayda 5 milyard dollardan çox olduğunu qeyd edib. Dünyanın əksər ölkələri daha çox idxal etdiyi bir zamanda Azərbaycanda təkcə üç ayda 5,1 milyard dollar gəlir olub ki, bu da ölkə ixracımızının idxalı üstələdiyini göstərir. "Əlbəttə ki, ilin sonuna qədər əminəm bu rəqəm daha da artacaq", - deyə Cənab Prezident bildirib. Bütün bu nailiyyətlərin arxasında dövlət başçısının uğurlu siyasəti dayanır.
Dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilmiş iqtisadi və hərbi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü siyasət, dövlət və ordu quruculuğu və 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmiş oldu. Azərbaycan Ordusunun böyük Qələbəsinin doğurduğu nəticələr dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qəbul olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər çalan Azərbaycan bu gün 30 ilə yaxın işğal altında qalmış ərazilərimizdə də abadlıq-quruculuq işlərinə başlayıb, infrastruktur layihələr uğurla icra olunur. Günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir. "Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik" - deyən Prezident onu da qeyd edib ki, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq: "Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar".
Artıq irimiqyaslı layihələr icra olunur. Dövlət başçısının siyasi iradəsi, qətiyyətli mövqeyi nəticəsində əzəli torpaqlarımıza - Qarabağa yol almışıq. Qarabağ yenidən qurulur. Böyük Qayıdış Azərbaycanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində daha qüdrətli, güclü dövlətə çevirəcək. Belə ki, Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən ayrılmış vəsait 2,2 milyard manatdır. Birinci rüb ərzində 346 milyon manat, yaxud 16 faizə yaxın hissəsi artıq icra olunmuşdur.
Müşavirədə dövlət başçısının sosial-iqtisadi vəziyyət və perspektivlərə, işğaldan azad olunmuş ərazilərdəki vəziyyət və fəaliyyətə, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə və s. nəzər saldı. Bütün bunlar bir daha göstərir ki, vətəndaşın rifahının yüksək şəkildə təmin olunması Azərbaycan Prezidentinin fəaliyyətinin mərkəzində dayanır.
Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısı da daim diqqətdə saxlanılan məsələlərdəndir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvlərinə, öz sağlamlığını itirən müharibə əlillərinə o cümlədən, müharibə iştirakçılarına dövlətimiz tərəfində həssaslıqla yanaşılır. Bu istiqamətdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq tədbirlər davamlı olaraq həyata keçirilir. Təkcə cari ilin birinci rübündə 200 mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib. İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması planlaşdırılıb. Son üç il ərzində isə dövlət başçısının fərman-sərəncamları əsasında 6300 mənzil məhz bu kateqoriyadan olan insanlara təqdim olunub. Ümumilikdə müstəqillik dövrümüzdə bu rəqəm 12 min 500 mənzildir. Bu statistiek rəqəmlər dövlətimiz tərəfindən göstərilən diqqətin və qayğının daha bir nümunəsidir. Prezident İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə söylədiyi fikirlər və toxunduğu məqamlar mühüm əhəmiyyət kəsb edir. Cari ilin birinci rübünün yekunları bütövlükdə 2022-ci ili də uğurla başa vuracağımıza əminlik yaradır.
Natiq ALLAHVERDİYEV
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB