Azərbaycan hər zaman BMT prinsiplərinə sadiq olub - Nazir

Azərbaycan hər zaman BMT prinsiplərinə sadiq olub - Nazir

Azərbaycan hər zaman BMT prinsiplərinə sadiq olub. SİA-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş ADAMUN Simulyasiya Konfransında deyib.

"Azərbaycan hər zaman sülhün qurulmasına, digər ölkələrlə diplomatik münasibətlərin möhkəmlənməsinə və BMT Nizamnaməsinə sadiq olub", - nazir deyib.

C.Bayraamov əlavə edib ki, konfrans Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi münasibətilə təşkil olunub.

Nazir xatırladıb ki, bu il ADA Universitetində Qoşulmama Hərəkatının simulyasiya modeli üzrə konfrans keçirilib.

O əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində təşəbbüslərə böyük diqqət ayırır.

Bütün xəbərlər Facebook səhifəmizdə