Görüş münasibətlərin daha da yaxınlaşmağına, inkişaf etməsinə təkan verəcəkdir - MÜNASİBƏT BİLDİRİLDİ
“Azəbaycan, Türkiyə və Türkmənistan dövlətlərinin Aşqabadda keçirilən görüşü dövlətlərarası münasibətlərin inkişafına böyük töhfə verəcək”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
Onun sözlərinə görə, bu görüş münasibətlərin daha da yaxınlaşmağına, inkişaf etməsinə təkan verəcəkdir: “Eyni zamanda düşünürəm ki, bu həm də enerji sahəsində əməkdaşlığı gücləndirə bilər. Türkmənistanın Azərbaycan və Türkiyənin yaratdığı sistemə qoşulması bu dövlətlərin inkişafına müsbət təsir göstərəcək. Azərbaycan və Türkiyə iqtisadi, sosial və digər sahələrdə əməkdaşlıq edir. Türkmənistanın da bu münasibətlərə qoşulması regionun və Azərbaycanın xeyrinədir. Həmçinin neftlə bağlı tranzit yolların çəkilməsində Azərbaycan və Türkiyənin yaratdığı sistemə Türkmənistanın tam qoşulmağından söhbət gedir. Bununla yanaşı dövlətlər arasında maddiyyat, mədəniyyət, humanitar sahələrində də əməkdaşlığı gücləndirmək üçün böyük bir potensial var. Bu istiqamətdə müəyyən layihələr hazırlanır. Bu cür görüşlərin təşkili Azərbaycan dövləti üçün vacib məsələlərdir. və bu görüşlər Azərbaycanın diplomatik əlaqələrlə bağlı atdığı növbəti addımlardandır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB