Serbiya Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatı alacaq

Serbiya Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatı alacaq

Serbiya yaxın vaxtlarda Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatı alacaq. SİA xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

A.Vuçiç “Bayraktar” pilotsuz uçuş aparatı ilə bağlı tələbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bildirdiyini qeyd edib.

“Serbiya tədarükdə prioritet olmaqla “Bayraktar” əldə etmək imkanı qazanacaq. Biz bu silahları Serbiya ordusunun inventarına daxil edəcəyik”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə