Azərbaycanı bundan sonra da çox ciddi uğurlar gözləyir - PARTİYA SƏDRİ AÇIQLADI

Azərbaycanı bundan sonra da çox ciddi uğurlar gözləyir - PARTİYA SƏDRİ AÇIQLADI

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xarici siyasətdə son dərəcə müdrik və düzgün xətt tutub”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, bunu bütün dünya etiraf edir: “44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidentinin davranışı, kütləvi informasiya vasitələrinin qarşısında çıxışları, qətiyyətli mövqeyi bir çoxları üçün dərs vəsaitidir. Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində bizə tariximizin ən böyük qələbəsini yaşatdı. Ölkə başçısı hazırda regionda baş verən çaxnaşmalardan Azərbaycanı qoruya bildi. Bu gün də onun apardığı siyasət Azərbaycanın gücünü artırır.

Brüssel görüşü də göstərdi ki, Ermənistan artıq Avropadakı havadarlarından da məhrum olmaq üzrədir. Bu, Ermənistanda bu gün çox böyük sarsıntı yaradır.

11 aprel 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində cənab Prezident İlham Əliyev əsas hədəf kimi islahatların dərinləşməsi xəttini elan etdi. Bu istiqamət üzrə də ciddi addımlar atıldı. Hesab edirəm ki, Azərbaycanı bundan sonra da çox ciddi uğurlar və sınaqlar gözləyir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə