“Rusiya və Ukrayna arasında olan müharibə bir aydan çoxdur ki, davam edir. Ukrayna tərəfi bir sıra böyük şəhərlərin ətrafını, qəsəbələri Rusiya işğalından azad edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, müharibə hər zaman olduğu kimi öz amanasızlığı ilə seçilir və hər iki tərəfin diplomatik-siyasi müstəvidəki prinsipial mövqeyi həm də hərbi seqmentdə özünü göstərir: “Ukrayna tərəfi Qərbdən strateji əhəmiyyət kəsb edən silahların əldə olunmasında maraqlıdır. Buna görə də Ukrayna NATO ilə təmasları davam etdirir. Lakin Rusiyada qısa bir zamanda qarşısına qoyduğu hədəflərə çatmaqda maraqlıdır. Türkiyə Rusiya və Ukrayna dövlətləri arasındakı münasibətlərin nizamlanması, atəşkəs rejiminin əldə olunması istiqamətində fəaliyyəti daha da genişləndirir. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə humanitar dəhlizin yaradılması istiqmaətində yekun bir fikir əldə olundu və təxliyyə həyata keçirilir. Ukrayna tərəfidə artıq bir sıra istiqamətlərdə əks hücum əməliyyatları icra edir. Bu əməliyyatların gələn zamanlarda geniş miqyas alması Ukraynanın əsas hədəfləri sırasındadır. Nəzərə almaq lazımdır ki, müharibədə böyük iqtisadi itkilər müşahidə olunur. Bu itkilər nəyin ki, Rusiya və Ukrayna tərəfinə şamil olunur, eyni zamanda siyasi, iqtisadi, enerji sahəsində böyük çətinliklər yaradır. Strateji əhəmiyyət kəsb edən kənd təsərrüfatı və aqrar siyasətdə də bu müharibənin nəticələri hiss ediləcək. Artıq indidən bu problemlər barədə düşünmək lazımdır. Müharibəni tezliklə bitirmək daha dərin böhrandan xilas olmaq üçün yeganə yoldur. Diplomatik-siyasi müstəvi də bütün səylər səfərbər olmalıdır ki, yekun konsensus əldə olunsun. Lakin tərəflər real mövqeyləri ilə seçilirlər buna görə də, siyasi müstəvidə keçirilmiş danışıqlar bir nəticə vermir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB