ATƏT-lə əməkdaşlıq Azərbaycanın milli maraqlarına uyğun davam etdiriləcək - DEPUTAT ŞƏRH ETDİ
"Ümumiyyətlə, Azərbaycan və ATƏT arasında mövcud münasibətlər ölkəmiz müstəqillik qazandığı dövrdən etibarən müxtəlif spektorlarla davam edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ramil Həsən deyib.
Onun sözlərinə görə, əslində, əsas konflikti həll etmək üçün qurulmuş ATƏT-in Minsk qrupu 30 il müddətində fəaliyyət göstərib: "Amma cənab Prezidentin də qeyd etdiyi kimi turistik səfərlər xaricində bu günə qədər ATƏT regiona və bölgəyə sülh gətirəcək, Azərbaycanın torpaqlarının işğaldan azad olunması ilə bağlı konkret nəticə hasil edəcək addımlar ata bilməyib. Bu baxımdan, 2020-ci ildə başlatmış olduğumuz tarixi zəfər mübarizəmizin uğurla nəticələnməsi regionda mövqelərin yerini dəyişdirmək prosesinə gətirib çıxarıb.
Bununla da Azərbaycan haqlı mövqeyini beynəlxalq hüquq və normalar çərçivəsində bərpa edərək Qarabağ torpaqları düşmən tapdağından azad edilib. İkinci Qarabağ müharibəsinin gedən zaman və ondan sonrakı dövrdə ATƏT-in mövqeyi onun ciddi islahatlar aparmalı olduğu bir daha təsdiqlənmiş oldu. Ona görə də cənab Prezidentin ATƏT-in sədrinin qəbulunda da vurğuladığı məsələlər Azərbaycanın haqlı mövqeyini bir daha ortaya qoyur. Hesab edirəm ki, ATƏT ilə olan əməkdaşlıq Azərbaycanın milli maraqlarına uyğun istiqamətdə davam etdiriləcək".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB