Azərbaycan və Rusiya arasındakı münasibətlər hansı səviyyədədir? - POLİTOLOQ DANIŞDI
“Azərbaycanla Rusiya arasındakı münasibətlər 30 il ərzində kifayət qədər inkişaf etmiş vəziyyətdədir. Bu gün Azərbaycan Rusiya ilə siyasi, iqtisadi, mədəni və bir çox sahələrdə iştirak edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, həmçinin xeyli Azərbaycan vətəndaşı hal-hazırda Rusiyada çalışır: "Rusiya Azərbaycanla Ermənistan arasında 44 günlük Vətən müharibəsindən sonra qazandığımız qələbənin ardından 10 noyabr bəyanatının imzalanmasında xüsusi fəallıq göstərir. Rusiyanın vasitəçiliyi ilə Soçi bəyənatı imzalanıb və nəhayət ötən ilin sonlarına doğru Azərbaycanla Rusiya arasında Moskva bəyannaməsi imzalanıb bununla da Azərbaycanla Rusiya münasibətləri daha da üst bir nöqtəyə çatıb. Ümumilikdə hazırda Azərbaycanla Rusiya münasibətləri kifayət qədər yaxşı vəziyyətdədir. Bununla yanaşı eyni coğrafiyadakı ölkələr arasındakı ziddiyətlər daha da kulminasiya nöqtəsinə çatır. Bu baxımdan Qoşulmama Hərəkatının sədri və balanslı xarici siyasət kursunu həyata keçirən Azərbaycan Rusiya ilə də münasibətlərini bu prinsip üzərində qurur. Azərbaycan heç vaxt öz ərazisindən Rusiyaya qarşı hansısa fəaliyyətlərin həyata keçirilməsinə icazə verməyib. Həmçinin beynəlxalq təşkilatlarda Rusiyanın əleyhinə olan basqılarda və ona qarşı yönəlmiş siyasi hücumlarda Azərbaycan heç vaxt tərəf olmayıb və həmişə mehriban qonşuluq siyasətinə önəm verib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB