Bu, Azərbaycanla Türkiyənin dünyada nüfuzunun artmasına gətirib çıxardır - DEPUTAT AÇIQLADI

Bu, Azərbaycanla Türkiyənin dünyada nüfuzunun artmasına gətirib çıxardır - DEPUTAT AÇIQLADI

"Azərbaycan və Türkiyə dövlət başçıları Rusiya-Ukrayna münaqişəsinin sülh yolu başa çatmasında maraqlıdırlar və böyük təşəbbüslər göstərirlər". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, bu böyük bir hadisədir ki, hətta Qərb dövlətlərinin, dünyanın aparıcı dövlətlərinin bacarmadığı səviyyədə bunlar baş verir: "Bildiyimiz kimi mütəmadi şəkildə Azərbaycan və Türkiyə prezidentləri Ukrayna və Rusiya prezidentləri ilə şəxsi telefon danışıqları olur. Birbaşa cənab Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyanı ən yaxşı tanıyan liderlərdən biri Azərbaycan prezidentidir. Bu gün Azərbaycan və Türkiyə dünya mərkəzlərindən birinə çevrilib. Bu, o deməkdir ki, artıq Azərbaycan və Türkiyə qlobal gücə çevrilib. Bu dünyada da ciddi şəkildə izlənilir. Dünyanın aparıcı informasiya vasitələri Türkiyə və Azərbaycanın bu hərəkətlərini təhlil edir və qiymətləndirir. Bu, Azərbaycan ilə Türkiyənin dünyada nüfuzunun artmasına gətirib çıxardır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə