“Ermənistanın əsas hamisi ATƏT deyil, Rusiyadır. Bunu bilən Ermənistan, Ukrayna müharibəsi nəticəsində Rusiyanın xeyli zəifləyəcəyini bildiyi üçün, mümkün olduğu qədər tez Azərbaycanla bir sülhə nail olmaq istəyir”. Bunu SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev bildirib.
Onun sözlərinə görə, zəif Rusiya Ermənistanı nə qorumaq imkanına malik deyil, nə də istəyinə sahib olacaq: “Tam tərsinə, sanksiyalardan əziyyət çəkən Rusiyaya Azərbaycanın dəstəyi daha çox lazım olacaq. Başqa bir sözlə, zaman keçdikcə şərtlər Ermənistanın əleyhinə dəyişəcək. Nə qədər tez sülh müqaviləsi imzalasa, o qədər Ermənistan üçün sərfəli olacaq. Ermənistan indi çalışır ki, sırf Qarabağda yaşayan ermənilərin hüquqlarını təminat altına alan bəzi razılaşmalar əldə etsin. Yəni onun artıq ərazi iddiaları, filan istəkləri hamısı geridə qalıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB