4 gün davam edən bu yol 44 günlük Zəfərlə başa çatdı - HƏRBİ EKSPERT AÇIQLADI
"2016-cı ildə baş vermiş Aprel döyüşlərinin hərb tarixində özünəməxsus yeri var". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, bu döyüşlər Azərbaycan xalqının necə qəhrəman, vətənpərvər olduğunu göstərdi: "Aprel döyüşləri bir daha Azərbaycan Himminin sözlərinin təsadüf yazılmadığını sübut etdi. Bu döyüşlər nəticəsində Cocuq Mərcanlı kəndi azad olundu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşa məscidi inşa edildi. Aprel ayının 1-dən başlayan 4 gün davam edən bu yol 44 günlük Zəfərlə başa çatdı. Bu yolun tarixi əhəmiyyəti var. Bu döyüşlər bütün dünyaya onu sübut etdi ki, Azərbaycan torpaqlarının işğalda qalması ilə barışmayacaq və işğalda olan torpaqları azad edəcək. 44 günlük Vətən müharibəsindən Ermənistan bir nəticə çıxara bilmədi. 44 günlük Vətən müharibəsi 2016-cı ildə baş verən 4 günlük müharibənin davamıdır. Bütün şəhidlərimizi ehtiramla yad edirik. Bu gün müharibədə iştirak edən qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə dövlət səviyyəsində qayğı göstərilir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB